30 Haziran 2016 Perşembe

To be in love or not to be in love

Dünyada heç də yaxşı hadisələr baş vermir. Gələcəyimiz yaxşıya doğru irəliləmir. Sadəcə can güvənliyimizin olmadığı, terrorun əsas olduğu siyasi problemləri deyil, son oxuduğum kitabla birlikdə sistemik problemləri də hiss etməyə başlamışam. Ekolojik, qida, həddindən çox istehlak və s. Bir film izlədim yenicə. Eşqlə müharibənin iç-içə olduğu bir film. Bosnadakı hadisələri göstərirdi.Avropanın tam ortasındakı qətliam....İç işlərinə qarışmamaq və görməməzlikdən gəlmək..Sərhədləri bağlamaq və digərlərini xor görmək...Canımızın bir dəyəri yoxdu....Dünyanı olduğu kimi mi qəbul etməliyik yoxsa bir yerdən qarşı çıxmağa mı başlamalıyıq...Dünyanın bir ucundakı Japoniyadakılar kimi səssiz və rahat ola bilməyi hiss etməyə ya da Norveçdəkilər kimi sakit otağımda bunları görməməzlikdən gəlməyə çalışıram....Hər birimiz üçün mütləq bir son var..Hardan və nə zaman gələcəyi bəlli olmayan....Mənim üçün eşq kimi bir şeydi bu son..Birisi keçmişdə qaldı,digəri isə önümdə bir yerlərdə durur...İkisi üçün də hiss etdiyim və keşke dediyim ortaq bir duyğu var..İkisi də ‘’keşke hazır olduğum zamanda gəlsəydi və gəlsə’’..Birinci keşke ötüb-keçmiş zamanın heyiflənilməsi,ikinci isə gələcəyə doğru bir ümid..Ümid olmadan olmaz..Çünki hədəflərimiz var..Çünki ümidlərimiz var..Bu ikisi arasında isə incə bir xətt var. Və bu xəttin üzərində xəyal etdiyimiz şeylər var- Arzular...Arzular, ümid etdiyimiz hədəflərə gedən yolda ötüb keçdikdən sonra keşke dediyimiz duyğular...Hədəflərimiz, bu xətt üzərində irəlilədikcə gerçək ola biləcək olan şeylərdir...Bu adına arzu dediyiniz istəklərimiz, o xətt üzərində xəyalən yerləşdirdiyimiz və gerçəkləşəcəyini bilmədiyimiz hisslərimizdir.Bu həm keçmişlə bağlıdır həm gələcəklə..Və ya bu ikisinin harmoniyasından ibarətdir..

Dünyadakı hadisələr əslində Adəmin günahi işlədikdən sonra o günahın cəzasını öyrəndiyi o andakı peşmançılığını hiss etməsi kimidir. Geriyə dönüş yoxdu..Olmalıydı və oldu..Artıq minlərlə il keçib..Və zaman, bizi arxamızdan itəliyərək önümüzdəki sona doğru yaxınlaşdırır.Bu istər siyasala uyğun müharibə ilə gələn son olsun,  istərsə də sistemin strukturuna görə baş vermiş ekolojik bir son olsun...Problem bunu olduğu kimimi qəbul edəcəyik, yoxsa qarşımı çıxacağıqdır. That is a main question! Bəs normatif olan yəni əxlaqi olan şey nədir. Əsas problem deyir koministlər, susadığın zaman suyu deyil,meyvə şirəsini istəməkdir...Ehtiyac vardır,saxta ehtiyac və ehtiyac olduğunu hiss etdiyimiz saxta ehtiyaclar vardır.Mağaradakı adamın ehtiyacları ilə tatmin (satisfied) olmuruq və bu istehlakçı çılğınlıq bizi böyük sona yaxınlaşdırır...Mənim əslində normatif olaraq sorğuladığım duyğularımızdır.Daha doğrusu duyğularımız (və xəyallarımız) və fərqindəliyimiz arasındakı əlaqə...Rodion Romanoviç insanları sıradan və misyonu olan insanlar deyə ikiyə ayırır. Yəni fərqində olmadan rolumuzu oynayarkən bəzilərimizin aramızdan ayrılaraq, bu gerçəyi dərk edir..Bu adına homo gerçəkius deyə biləcəyimiz insan, eşqləri,duyğuları,həyəcanları və xəyal qurmağı hiss etməyə haqqı varmıdır? Əgər varsa bu Oblomovluq deyil mi? Oblomovluğu negativ bir şeymiş kimi görürük....Filmlərdə gerçəyin fərqinə varan qəhrəmanlar duyğularını, eşqlərini bir kənara qoyaraq, dünyanı qurtarmağa çalışır və təsadüfən də bu qurtarış üçün lazimi ehtiyaclara yavaş-yavaş sahib olur.Ancaq gerçəklik filmlərdəki kimi deyil və ananızın sizə dediyi kimi yeddi milyardda birsən,edəcək heç bir şeyin yoxdur..Bunu düşünmək Oblomov kimi eşqi hiss etməyə,həyatı yaşamağa səbəbiyyət verir.Ancaq bunu 1/7milyard deyil, 1/1 kimi düşünməyə başlayarkən isə psixolojik problemlər ortaya çıxar....Dünyanı qurtarmaq və ya Oblomov olmaq. Daha doğrusu doğrunun fərqində olmaq və ya bəlkə də gerçək olmayacaq olan bu xəyali duyğuları yaşamağı hiss etmək..Kiçik paradoks kimi görünən bu gəl-getlərin mərkəzində cavabını verəcəyimiz sadəcə bir gerçəklik var. O da ‘’insan’’ olduğumuzdur..Biz o, anlıq ilk günahi işlədən negativliyə və yüzlərcə il bunu yaxşılıq edərək ödəməyə çalışdığımız pozitivliyə sahibik..Tam olaraq bilmirəm ancaq yəqin ki, cavab sadədir.İkisini bir-birinə uyğunlaşdıraraq yaşamaq. Dünyanı qurtarmaq yerinə əvvəlcə özümüzü və sıradaki insanları qurtarmaq və Oblomovluq etmək yerinə duyğuları və eşqləri bundan ayıraraq, ilkinci ilə birləştirərək yaşamaq...(Bax görürsünüz yenidən başa döndük. ‘’Dünyanı olduğu kimi mi qəbul etməliyik yoxsa bir yerdən qarşı çıxmağa mı başlamalıyıq? Normatif olan hansıdır?’’ )

(Sevgiliyə yazılmış məktub) Rasul Almammadov – 07:22, 30 Iyun 2016


21 Mayıs 2016 Cumartesi

Təməl Kitablar/Cumhuriyyətin 100. İlinə Doğru Gedərkən

Mövzuya dair azərbaycanca məlumat əldə etmək çətin məsələdir.Özəlliklə də üç-beş il əvvələ qədər.Son 25 ilə aid tarix kitabı tapmaq bir tərəfə, təəssüf ki, o dönəmə dair yazılmış kitablar hələki azərbaycancaya tərcümə olunmayıb.Shaffer’in kitabının türkcə tərcüməsi üçün dediyi kimi türkçəyə çevrilmiş bu kitab sadəcə türklər üçün deyil, eyni zamanda həm şimali Azərbaycan, həm də cənubi Azərbaycandakı oxucular üçün əl çatan olacaq və daha çox insanın oxumasına vəsilə olacaq.Mənim də (təməl) kitab tövsiyələrim türkcəyə çevrilmiş kitablardır.Ən əsası əldə etmək (və daha da önəmlisi anlamaq) çətin məsələ deyil.

Azərbaycanla bağlı mütləq oxunması gərəkən altı təməl kitab;
1.      Sevinç Alkan Özcan ve Vügar İmanbeyli, Azerbaycanda Din ve Kimlik, Küre Yayınları, 2014
2.      Tadeusz Swietochovski, Müslüman Cematten Ulusal Kimliğe: Rus Azerbaycanı Bağlam Yayıncılık
3.      Thomas De Waal, Karabağ (Black Garden), Hrant Dink Vakfı Yayınları, 2014
4.    Thomas Goltz, Azerbaycan Günlüğü, Teas Press, 2018.
5.      Vedat Gürbüz, Kafkasyada Siyaset, Kadim Yayınları, 2014
6.      Brenda Shaffer, ‘’Sınırlar ve Kardeşler: İran ve Azerbaycanlı Kimliği’’ çev. Ali Gara ve Vüsal Gasımov  İstanbul Bilgi Üniversitesi yayınları, 2008
7.     Kurban Said, Ali ve Nino

Türkiyədəki dostlar üçün önərdiyim kitablar bunlardır.Sizə bunu tövsiyə etmirəm, çünki mütləq oxumalısınız…Həcmi o qədər də çox olmayan oxunması rahat və asan kitablardır....Kitablarla bağlı bəzi açıqlamalar; Birinci kitab ondan çox dəyərli azərbaycanlı müəllimlər tərəfindən yazılmış yenə çox dəyərli bir kitabdı.Milli kimliyin formalaşması ve sovet və post-sovet dönəmi ilə birliktdə Azərbaycanda dini və kimliyi incələyir. İkinci kitabın tanıtımına ehtiyac yoxdu ən çox referans alınmış kitablardan biridi.1870-1918-1920 arası dönəmə aid ən təməl bilgiləri almaq üçün önəmlidir(ancaq kitabla bağlı bəzi tənqidlər üçün C. Həsənlinin kitablarına baxın). Üçüncü kitab 1988-1994 arası Qarabağ müharibəsini və sonraki vəziyyəti incələyir və 90a yaxın siyasətçi və qarabağlılarla aparılmış röportajları da içinə daxil edir.Roman oxuyurmuş kimi oxuya biləcəksiniz. Dördüncü kitab Qarabağ müharibəsini dünyaya çatdıran və Azərbaycandaki rəsmi ilk xarici jurnalist olan Goltzun o vaxtın siyasi hadisələrini birincil əldən çatdırdığı kitabıdr. Beşinci yuxarıda yazdığım kimi son 25 ilə aid tarix kitabı tapmaq çox çətin məsələdi.Bu kitab Kemal Karpat referanslı, Kafkasiyadakı üç dövləti  tənqidi analiz etmiş bir kitabdır. Altıncı kitab  İrandakı azərbaycanlı kimliyini,şah öncəsi,şah dönəmi və İran inqilabı sonrasını və Şimali Azərbaycan arasındakı  əlaqəsini analiz edən təməl kitablardan biridir.

Sosial Elmlər tələbələri üçün kimlik ilə bağlı əlavə oxumalar;

1.     Anthony Smith, Milli Kimlik, İletişim
2.   Anthony Smith, Milliyetçilik, Atıf Yayınları
3.    Benedict Anderson, Hayali Cemaatler, Metis Yayınları
4.   Eric Hobsbawn, Milletler ve Milliyetçilik, Ayrıntı Yayınları
5.     Ernest Gellner, Uluslar ve Ulusçuluk, İnsan Yayınları
6.     Şaban Çalış, Hayaletbilimi ve Hayali Kimlikler, Çizgi Kitapevi
7.   Umut Özkırımlı, Milliyetçilik Kuramları, Doğu Batı Yayınları

Cumhuriyyət Dönəminə dair çox geniş məlumatlar əldə etmək üçün Cəmil Həsənlinin bu kitablarına baxın;

1. Azərbaycan Xalq Cümhuriyyətnin Xarici Siyasəti(1918-1920). Bakı, 2009.
2. Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939). Bakı, 2012.
3. İkinci Dünya Müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-      1945) Bakı 2015.
4. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959. Bakı, 2008.
5. Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı, 2013.

Altay Göyüşovun bu mühazirələri mövzünü anlamaq və həzm etmək üçün çox kömək edəcək.Ardıcıl olaraq izləyin;

1.  Milli Kimliyin Formalaşması – 1 https://www.youtube.com/watch?v=U-5aWOr1Dew
2.  Milli Kimliyin Formalaşması – 2 https://www.youtube.com/watch?v=M4FcQ7hr_CM
3.   XX əsrin əvvəli Azərbaycanda siyasi fikir - https://www.youtube.com/watch?v=CgQEccJgCvw
4.   I Dünya müharibəsi və Rusiya inqilabı- Cümhuriyyətə aparan yol https://www.youtube.com/watch?v=8nvWISKnNN4
5.   Sovet Azərbaycanı- dəyərləndirmə cəhdi - https://www.youtube.com/watch?v=XjH9_UPvn74
6.  Müstəqilliyimiz tarixçinin gözü ilə - https://www.youtube.com/watch?v=ZJkew3997dU

Cəmil Həsənli 

1.  Rəsulzadə və Azərbaycan Cumhuriyyəti  https://www.youtube.com/watch?v=DC8HUaCv9yU
2.  Tarix Söhbətləri – Məmməd Əmin Rəsulzadə 130. https://www.youtube.com/watch?v=n8WAjbuVasw
3.  Tarixçilərin gözü ilə Rəsulzadə kimdir (və Altay Göyüşov) https://www.youtube.com/watch?v=j-cVWpaE_uA
4.  Asan Sual verilişi – Topçubaşov - https://www.youtube.com/watch?v=YMd1mHqKeUc
5.  Azərbaycanın Xarici Siyasəti (Altay Göyüşov və Hikmət Hacızadə) - https://www.youtube.com/watch?v=EiHbIn0qJTI

Qeyd: Mövzunun başlığını təməl kitablar deyə sərhədlədiyim üçün uzun-uzun yazmağa və ayrıca kitab listinə ehtiyac yoxdu.Ancaq yenə də Swietochovski, Kazımzadeh,Alstadt,Grigor Suny,Abrahamian və d. kimi yazarların kitablarına baxmaq olar.Ədəbi olaraq isə Əsəd bəy,Çəmənzəminli,Məmmədquluzadə,Ağaoğlu,Əli bəy Hüseynzadə, Rəsulzadə  və d. bütün əsərləri…

Bu list iləridəki dönəmlərdə genişləndiriləcəkdir.

24 Ekim 2015 Cumartesi

ORLANDO FİGES - Gerçək Bir Qulaq Eşq Hekayəsi

Sizi bir kitab ilə tanış etmək istəyirəm.Gerçək bir eşq hekayəsinə dayanır.İndiyə kimi oxuduqlarım arasında (bəlkə də daha yaxşısı olmayacaq) ən çox duyğulandığım - bəzən nostalgiya hissini yaşayacağımız – SSRİdə tanışan Lev və Svetlana Mişçenko arasında olan eşq hekayəsidir.Lev və Svetlana 1930cu illərdə Moskva üniversiteti Fizika fakultəsində tanışmış və ikinci dünya müharibəsi sonrası Levin SSRİ Qulaqa ( əmək düşərgəsi-belə qulağa xoş səslənirmiş kimi bir şey olduğunu düşünməyin milyonlarla insanın çalışmaqdan öldüyü işçi kampıdır) göndərilməsi ilə ayrı düşmüş iki insanın hekayəsidir. Uzunca bir müddət Svetlana Levdən xəbər ala bilməyincə Levin öla biləcəyini düşünür və Levin Svetlananın tanıdığı birinə bu İşci Kampından göndərdiyi məktubla yaşadığını öyrəndikdən sonrasın 9 il boyunca məktublaşmağa başlayırlar.

Bu məktubları bütün ailə arxivi ilə birlikdə 2007ci ildə Moskvadakı Anılar Dərnəyinə bağışlayırlar.Anılar Dərnəyinin bir neçə cümləsini paylaşıb məktublara keçəcəm Məktubların günlük yaşam tarixçisi üçün özəl bir dəyəri vardır.Şəxsi ailə arxivlərində tutulan məktublar yaşanmış ve o sırada qələmə alınmış bir gerçək haqqında doğrudan məlumat verər və onları yazan insanların iç dünyasına girməmizi sağlayar.Məktublar vasitəsi ilə şəxslərin ailələrin və həttə bir neçə nəsilin hekayələrini tarixi hadiəslərə dayalı bir arxa planda izləyə bilərsiniz.Qələmə alanların həyatındakı çalxantılı dönəmlərdə yazılmış olmaları onları daha dəyərli edər.

Amerikalı tarixçi Orlando Figes 2007ci ildə Moskvaya gedərkən bu dərnəkdə sandıqların içindəki məktubları görər.Və ona bu məktubların eşq hekayəsinin inanılmaz olduğu deyilər...Lev Meşçenkonun Peçora işçi kampındakı həps dönəmindən qalan 1246 məktub var idi.İlki Svetlananın 1946da, sonuncusu isə Levin iyul 1954cü ildə göndərdiyi məktublar idi. 647ci Levdən Svetlanaya, 599u Svetlanadan Levə göndərilmişdi.

İlk məktublaşmanın başlarında Lev: ‘’ ...İnsan beş yıl boyunca geçmişe ait bir şeyin ( ya da bir kimsenin) hala var olup olmadığını bilmeden  ve onların yaşayıb yaşamadığını bilmeden  olup bitenleri hafızasıyla ve sadece hafızasıyla görürse doğru sandığı her şeyi unutulmuş gibi sanır.İnsanın en kötüsünü de beklemsi kibirden ya da zilletden gelmez,Sveta, kuşgunun kaynağı ola bilmekten gelir...’’
‘’Zarfın üstünde adım ve hele senin elinle yazılmış olduğunu gördüğümde hep aynı hiss duyuyorum inanmazlık, şaşkınlık, sevinç ve kesinlik karışımı bir hiss uyanıyor mektubun gerçekten bana geldiğini ve gerçekten ondan olduğunu kavradığımda.’’

Svetlana: Işte karşındayım, hem de ne yazmam gerektiğini bilmeden.Seni özlediğimimi yazsam. Ama bunu bliyorsun zaten.Zamanın dışındaymışım gibi, bir fasılaya girmişcesine hayatımın tekrar başlamasını bekliyormuşum gibi bir hiss var içimde.Ne yaparsam yapayım, sadece vakit öldürüyorum gibi geliyor bana.Bunun iyi olmadığını biliyorum.Bilerek ya  da umursamadan boşuna zaman harcamak güçlü bir kişiye yakışmaz.Ayrıca vahim bir hatadır, çünkiü kaybedilen zaman asla geri getirilemez.Sadece beklememeli, yaşamalıyım da.Aksi halde bekleyiş sona erince hayatımızı kurmada pekala acze düşebilirim.....   Ama yorgunum sırf bugün değil genel olarak.Sadece (aramızda bir sohbete bürünen) bir mektuplar aracılığıyla bile olsa desteğe ihtiyacım var.Ama üzülmemem gerekir, Levi.Sonuçta sen ve ben birçok kişiden daha mutluyuz, -aşkı hiç bilmeyenlerden ve aşkı nasıl bulacağını bilmeyenlerden daha mutluyuz.umarım bunun bir anlamı vardır.


Daha da uzadaraq məktubların və bu kitabın ruhunu pozmaq istəmirəm. Svetlananın məktubları Sovet Moskvasındakı vəziyyətlərdən,


Levin məktupları da eyni zamanda bu işçi kampındakı gündəlik yaşamlardan da yetərincə xəbər verir.Svetlana, sadəcə Levin deyil onunla birlikdə qalan dostlarının da ehtiyaclarını həll etməyə çalışırdı.Yemək, geyim,dış fırçası, kitablar, dərmanlar və s. Lev Stalin öldükdən sonra 1954cü ildə Qulaq işçi kampları bağlanmadan öncə, müddəti bitdikdən sonra Peçoradan buraxılır və Svetlana ilə birgə yaşamağa başlayırlar.Orlando Figes  Mişçenko ailəsi iki gün birlikdə qalaraq məktublar haqqında söhbət edir və sonra isə bu məktubları  yazmağa başlayır.

Sonra isə  kitab yayımlanmadan Lev 18 İyul 2008de Svetlana ise 2 Yanvar 2010cu ildə vəfat edirlər.İndi isə Moskvadakı Golovinskoye Məzarlığında yan-yana yatırlar....Hiss etdiklərimdən və burada məktublardan bir neçə cümlədən başqa deyəcək bir sözüm yoxdu.Bu sıradan iki Sovet dönəmi insanı mütləq oxunulması və bilinməsi lazımdır.Sizə yaxşı oxumalar...

Əlavə

1. Just Send me Word Orlando Figes Review -
http://www.theguardian.com/books/2012/may/30/just-send-me-word-orlando-figes-review

2. Orlando Figes - Just Send me Word http://www.orlandofiges.com/jsmw.php

21 Haziran 2015 Pazar

İki Fərqli Yayın Evi və İki Şəhərin Hekayəsi

Sadəcə kitab seçərkən deyil eyni zamanda kitabın fərqli yayınevlərindən çıxan tərcümələrinə də baxmaq lazımdır.Giriş paragrafını əzbərə bildiyim Charles Dickensin romanının bir neçə gün əvvəl başqa versiyası qarşıma çıxdı.Qarşlaşdırma etdikdən sonra buraya yazmaq ehtiyacı gördüm.

Təkcə Can Yayınevi və Antik Yayınlarının qarşılaşdırmasını paylaşıram.

Can Yayınevindən çıxan

Zamanların en iyisiydi, zamanların en kötüsüydü,  hem akıl çağıydı, hem aptallık, hem inanç devriydi, hem de kuşku, Aydınlık mevsimiydi, Karanlık mevsimiydi, hem umut baharı hem de umutsuzluk kışıydı, hem her şeyimiz vardı, hem hiç bir şeyimiz yoktu, hepimiz ya doğruca cennete gidecektik, ya da tam öteki yana-  sözün kısası, şimdikine öylesine yakın dönemdi ki, kimi yaygaracı otoriteler bu dönemin, iyi ya da kötü fark etmez, sadece  ‘’daha’’ sözcüyü kullanılarak diğerleriyle karşılaştırıla bileceyini iddia ederdi.

İngiltere tahtında koca çeneli bir kral ile bet yüzlü bir kraliçe,  Fransa tahtında ise gene koca çeneli bir kral ile temiz yüzlü bir kraliçe vardı.Her iki ülkede de  halkın açlığı pahasına karnı doyan soyluların her şeyin ilelebet böyle güllük-gülüstanlık devam edeceyine dair bir inancı vardı.

Antik Yayınevi

Zamanların en iyisiydi....En kötüsü de.Akıl çağıydı, budalalık çağı da.İnanç çağıydı,  aynı zamanda ama inkar çağıydı da.Bir tarafdan aydınlık, bir tarafdan  da karanlık çağı da yaşanıyordu.Umudun baharıydı, yeisin kışı...Her şeyimiz vardı ama hiç bir şeyimiz yoktu.Hepimiz doğruca cennete gidiyorduk ama hepimiz cehenneme de gidiyorduk.Kısaca o çağ bu devre o kadar benziyordu ki, sesi en çok çıkan otoriteler iyisiyle kötüsüyle ikisinin mukayesesinin sadece üstünlük bağlamında yapılmasında israr ediyorlardı.

İngiltere tahtında koca çeneli kralla, çirkin simalı bir kraliçe oturuyordu.Fransa tahtında gene koca çeneli bir kralla,  güzel yüzlü bir kraliçe oturuyordu.Her ülkede de gününü zevk ve sefa ile geçiren,  bir elleri yağda, bir elleri balda devlet adamlarına göre, her şeyin ilelebet böyle gideceyi gün gibi aşikardı.

P.S. Bunlarla birlikdə toplam 4 yayınevindən çıxan versiyalarına baxdım. Ən yaxşısı tərcümə Can Yayınevinə ( 464 səhifə) aiddir. Sonrakılar isə Akvaryum, Antik Şule, və Tutku yayınevlərinə aiddir.


P.P.S. Yaxşı tərcümə üçün ilk baxmamız gərəkən yayınevləri Hasan Ali Yücel, Yapı Kredi Yayınları,  MEB, İletişim, İş, Can ve s. olmalıdır.



Ayrıca bknz. -  http://www.zaman.com.tr/pazar_klasiklerin-canina-okuduk_836343.html



31 Mayıs 2015 Pazar

Xaricdə Təhsil üçün gətirilə biləcək olan qanun haqqında

İki gün əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov parlamentdə əsgərlikdən yayınmalarla bağlı qanun layihəsini gündəmə gətirib.Oqtay Əsədov beş min tələbənin lazımsız təhsillə diplom almaqla məşğul olduğunu bildirib Və Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov də dedi ki xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açıb. Ve Sonradan Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib.1 Və buna görə də qəbul oluna biləcək qanuna görə dövlətin seçəcəyi üniversitetləri tərcih etməyənlər məcburi olaraq əsgərə götürüləcək.

Azərbaycanda üniversitet səviyyəsində təhsil, giriş şərtləri həm çətin həm də üniversitetdə təhsil prossesi sıxıntılı  olması ilə əlaqəli olaraq, yenə həm daha yaxşı təhsil və daha yaxşı standartlarda işə qəbul üçün tələbələr xaricə oxumağa yönəlirlər..Əlbəttə ki, şagirdlər dil məsələsi və 18 yaş sərhərdi olması ilə bağlı olaraq ilk baş vurduqları Türkiyədəki üniversitetlər olur.Əsas səbəb isə..
  
     -  Birincisi Azərbaycanda təhsilin problemli olması (rüşvət və üniversitet həyatı)
    - İkincisi Azərbaycanda ödənişli olaraq qazanacaqları üniversitetdə ödəyəcəkləri yüksək məbləğ
     - Üçüncüsü xaricdəki üniversitetlərin daha ixtisaslı tələbələrin yetişdirməsi
   - Dördüncüsü  bu bilgiləri gec əldə etdiyi (ingilis dili problemi) , əsgərlik üçün 18 yaş sərhəddi və ödəmə gücləri limitli olduğu üçün böyük ölçüdə məcburi olaraq yönəldikləri Türkiyə üniversitetləri və s.

Dördüncü səbəb ən önəmlisi olduğu üçün Türkiyəyə yönələn tələbələr başvuracaqları üniversitetdə konjentan sərhəddi ilə qarşılaşırlar.Türkiyəyə qəbul üçün

             - Birinci olaraq 2007-2015 Dövlət programı il
             - İkinci olaraq ÖSYM qoyduğu şərtlərlə ( YÖS SAT və beynəlxalq keçərliliyi olan)
             2012 ilinə qədər ÖSYM mərkəzli imtahan
             2012 ilinə qədər olan TCS
             2012 sonrası üniversitetlər mərkəzli YÖS imtahanı
              - Üçüncüsü isə atestatla 

    Yenə birinci olaraq, qəbul şərtləri çətin olan 2007-2015 dövlət programı içərisində Türkiyəyə 24 üniversitetlə limitlənib3.Üstəgəl 2016 dəyişikliyi ilə xaricə dövlət programında sosyal elmlər yox dərəcəsinə qədər endirilib.Analistlərimiz bu bölümlərdə ideolojiləşmə, həqiqətdən yönəlmə, təsir altına düşmə ilə analiz edirlər.İkinci olaraq (tanınırlığı üçün) ÖSYM mərkəzli olan imtahan 2010 ilində qaldırılıb.Öhdəliklər isə Türkiyədəki üniversitetlərə buraxılıb.Üçüncü olaraq bununla paralel olan yenə burslu qazana biləcəyimiz Türk Cumhuriyyətləri ilə Türk və Akraba Toplulukları (TCS) imtahanı 2012  ilində ləğv edildi.2 Yuxarıda göstərdiyim İngilis dili və 18 yaş sərhəddi problemi bunlarla birlikdə yenə Türkiyəyə yönəlməyə məcbur edir.Buna görə də bu qoyulan limitlər (24 üniversitet və s.) onsuzda kontenjan problemi ilə qarşılaşan tələbələri (ümumi olaraq hər bölümə 1-4 sayıda) başqa üniversitetlərə yönəlmələrinə səbəb olur.Yenə bu üniversitetlər  imtahanlarla qəbul sonrasında və ya xarici tələbə kontenjanı doldurmaq istədiyi üçün atestat ilə qəbul edirlər.
Türkiyədə 160’ın üzərində üniversitet var və bu  üniversitet kontenjan sərhəddi problemi tələbələrin daha düşük prestijli üniversitetləri seçməsinə səbəb olur.Bəs parlamentdə nə deyirlər

     - Oqtay Əsədov: Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır”.

     - Sabir Rüstəmxanlı: Bu da bir reallıqdır ki, 17-18 yaşlı gənclər gedib, orada xarici təsir altına düşürlər. Azərbaycana qayıdanda psioxoloji cəhətdən dəyişilmiş olurlar. Onların Vətənlə, Azərbaycanla bağlılığı itir. Bu dəyişiklik bir sıra hallarda müsbət, eyni zamanda mənfi olur. Orada dini və bir sıra başqa qrupların təsiri altına düşürlər. Xaricdə təhsil məsələsi çox ciddi şəkildə nizamlanmalıdır. Oqtay müəllimin fikri işin ziyanına yox, xeyrinədir”.

     - Musa Qasımlı:  “Biz bir məsələni təhlil etməliyik ki, dövlət büdcəsindən xaricə təhsil almaq üçün göndərilənlərin neçə faizi ölkəmizə dönür. Xaricə gedən gənclərə fərqli münasibət bəslənir və geri döndükdə isə bir qismi dövlətə münasibətdə tamamilə fərqli mövqe tuturlar. Bir tələbənin xaricdə təhsil alması üçün xərclənən vəsaitlə bir pofessoru öz universitetlərimizdən birinə dəvət edə bilərik. Bununla da bir professordan yüzlərlə tələbə yararlanar. Bu gün əgər Azərbaycan ordusu 5 min gənci öz sıralarına qəbul etmirsə, bu vətənimizin müdafiəsinə mənfi təsir edir...''

İndi isə parlamentdə millətvəkilləri tələbələrin haqqları olan üniversitetə qəbul ilə (Türkiyə, Ukrayna və s.) bu haqqlarını sərhədləməyə çalışırlar.Dövlət programında ayrı seçkilik edilərək sosyal bilimlərin çıxardılması,Oqtay Əsədovun dediyi xaricdə təhsilin sərhədlənməsi yenə millətvəkili Sabir Rüstəmxanlının,  Musa Qasımlı ve onlar kimi düşüncədə olan millətvəkilləri  məntiqi əsası olmayan, paranormal açıqlamaları4 onsuzda ölkədə problemli olan demokratiya və qəbul edilmiş haqqları daha da pis vəziyyətə gətirir.Üstəgəl bu açıqlamaları ilə şəxsi həyata müdaxilə edirlər. 


      Qanun qəbul edilərsə böyük ehtimalla Türkiyədəki bu 160 üniversiteti də limitləyəcək.Və yenə qabul ediləcək qanuna görü müəyyən üniversitetə qəbul ola bilməyənlər əsgərlikdən yayına bilməyəcək. Təməldə əsgərlik yaşının 18 olması və uzadıla bilməyən təhsil  - ölkəyə əsaslı problemlərlə gətirməsinə baxmayaraq -  atəşkəs şəraitində yaşanmasına bağlanılır. Bunu qəbul etmək lazımdır ki, sərhədimiz olan dövlətlərdən Rusya İran və Türkiyədən çox zəifik.Üstəgəl Ermənistanın Rusya ilə olan hərbi anlaşması – ona müharibə ediləcək olana savaş açmaq-  ilə mübarizəni ancaq təhsil və rəfah ilə apara bilərik.Ancaq gerçəkdən ölkənin gələcəyi üçün narahat olanlar anlamalıdırlar ki, dövlətin qoyduğu bu sərhədlərlə öz pulları ilə üniversitet oxuyanlar əsgərliklə qarşısı alındığında magistr və s. qazanma təhsil həyatından qopduğu üçün daha da çətinləşir.Gətirilə biləcək olan qanunla da işləri daha da çətinləşdirmək həm antidemokratiktir və həm də demək olar ki inkişaf üçün problem olacaq


Mənbə

1 Xaricdə Təhsil alan tələbələrə əsgərkikdən möhlət hüququ , L,ent.az http://news.lent.az/news/204190
2. Yös, TCS Ve YÇS ile ilgili merak edilenler , Metropol Kurumları http://bit.ly/1LUgjEE
3. 24 Ünivesitet limiti  Xaricde Təhsil http://bit.ly/1PVlXg0

4 Deputatlardan  spikerden xaricde telebelerle bağlı fikrine reaksiya  http://bit.ly/1HCUjL7

13 Mayıs 2015 Çarşamba

Deneme

Sınavlar bitdi.Dersler başladı-başlayacak.İnsan bir telaş içinde.Dinlensem mi.İki-üç gün boyunca durmadan film mi izlesem, yoksa alıp da okumadığım kitaplara mı başlasam.İlk iki gün boyunca dinlenip film izleyceyim kesin. (diye düşünürken bir hafta geçti).Dersler başladı.Şimdi öyle arası.Arkadaşla buluşacağım.Daha vakit var dedim, gittim yemek yemeye.(çok havalı değil mi? yok değil,bir ögrenci okulda nerde yemek yer?).Sıraya girdik.Yedik.Çıktık.Daha vakit var.Kütüphane yakın.Sanki evdeki tüm kitapları okumuşum gibi gidip bir kaç kitap bakayım.Yok sadece bakarım.Aklımda sürekli bir yazarın ismi var.Çok iyi yazmış zamanında.Ama erken ölmüş.Yazık olmuş.(İçeri girdi ateş etti.) Evet içeri girdi ateş etdi.İçeri girdi ateş etdi.Gerçek anlamda bir şey değil bu.Romanda adam ölmeden önce kafasında canlandırmış.Buna psiko-bilmem bir şey denilebilir.(o kadar felsefem gelişmedi.internetde araştırmam lazım.) İçeri girdim ateş ettim.Yok ne ateşi.Şeye girdim.Doğrudan o kitap bulma şeysine doğru yöneldim.( ne diyorlar ona ya).Kitapların isimlerini aradım.Seçtim.Lanet olası şey kağıt vermedi.(lanet olası federaller).haha şu amerikan filmlerinde hep söylüyorlar.Neyse dört kitap baktım.Biri şu yazarın kitabı.Diğeri daha çoçucuğun mu diyeyim, yoksa adamın mı deyeyim ismine bir edebiyat dergisi var.Tüm sayılarını aldım.Ama daha yazarın kitabını okumadım.Meşhur bir kitabı var.Belki bilirsiniz.Birine mektublar mı ne yazmış...Kitap kağıtı verme şeysinden üç kağıt (fiş artık her nesye..) aldım.Salonlardan birine yöneldim.Şu kütüphanede numaralandırmayı da hiç sevmem.813.818 a25 nedir ya? Nasıl bulunur.Buldum.Ama kitap yok.Doğruca şu kütüphaneci çocuğa doğru yöneldim.Aradı bulamadı.Nasıl bulamaz....İki gün geçti yine geldim.Çocuk yine bulamadı.Nasıl bulamaz ya! Bulmalı! Bir gün daha geçti.Arkadaşla geldik.Aradık bulduk. İki kitap aldım.Biri şu aklımdan çıkmayan yazarın kitabı.Diğerini ise arkadaşıma sorup da seçtim..

İki gün geçti okuyamamıştım.Kütüphaneye geç verince para cezası kesiliyor.Geçen sene baya gecikdirmiştim.Ordan biliyorum.Dört lira ceza yemiştim.Ama şu an öyle bir durum yok, bir an önce okuyacaktım.Zaman daraldığından değil.Sabırsızlandığım için okuyacaktım... Kitap roman değil, hikayelerden oluşuyor.Bir tür psikolojik öykülerden oluşuyor.Ellinci sayfaya gelmiştim.İki hikaye bitirmiştim. Elimdeki, kitabın 10.baskısı. 2000 yılındakı baskısı.On beş yıl geçmiş.Kitap sararmış.Kitap eskimiş...Yazarın kitaba ismini verdiği öyküyü okuyorum.Rahatsız eden yok.Her kelimesini yutmadan okuyorum.Böyle yazarla başbaşa kalmak lazım.Sessizlik lazım...Altmış ikinci sayfaya geldim.Güzel cümleler var.Altını çizmiyorum.Çünkü kitap kütüphaneye ait.Çünkü birisi benden önce cümlelerin altını çizmiş.Kalemle çizmiş.Ancak niye kalemle? herhalde iyi biliyor bu işleri.(devlet su..) lanet olsun.insanın aklına neden gelirki böyle şeyler.Çok da güzel çizmiş.Ya da belki kurşun kalemi yoktur.Kesinlikle eminim.Yurtta okumamıştır bu kitabı.Öyle olsa odada kız arkadaşlarından isterdi.(kız arkadaşlarımı? yine saçmalamaya başladın.) Kitabın ilerki sayfalarına bakıyorum.Sonuna kadar kalem kullanmış. Demek ki bir gecede okumuş. (ee öngörü uzmanı sonra?) Ne öngörüsü.Öngörü ileriye dönük bir şeydir..Kalem canlılığını yitirmiş.Demek ki üzerinden baya bir vakit geçmiş.(demek ki, senden önce girmiş onsekiz yaşına).Bir de bazı yerler kurşun kalemle çizilmiş.Ancak hafifden.Sanki kitaba zarar vermek istemiyormuş gibi.Kurşun kalemi eski bir kitapta kullandığın zaman hafiften çizmen gerek.Demek ki başka birisi yakın zamanda okumuş...Kitap eski olduğu için açıklayamadığım bir sebepten elimi yakmaya başlıyor.Tüm eski kitaplarda vardır bu.Okuyorum...Tahmin yürütmek için bir yerden sonra zorlanıyorum. Her şey ola bilir. Daha önce okuyanlar evlenmiş olabilir, üniversitede hoca olmuş olabilir.Ya da benim gibi öğrenimine devam ediyor olabilir. (ancak ne önemi var.) Önemi şu. Bazı kitapları okumak için okursun çünki önemlidir.Bazı kitapları (klassikleri) genel kültürün artsın diye okursun.Bazı kitaplarda ise yazarla iç-içe geçmişsindir.Klassik bir cümle olacak ancak yazar bakıpta göremediklerimizi gösterir.Öykülerinde olsun, romanlarında olsun eleştiriyi eksene almıştır. Örneğin Füsün Akatlı yazarın bu kitabı için 1982 yılında demiş ki, bu toplum eleştirisi değil Belli bir düzenin, bu düzenin yarattığı çelişkilerin nedenli sonuçlu eleştirisi de değil.Yabancılaşmış kişilerin toplumuyla ilişkilerinde doğan bozuklukları ve bunlardan doğan, kişinin kişilik bütünlüğündeki aksaklıklardır seçtiği konular.(iş giderek ciddileşmeye başladı.) Yok efendim ne ciddileşmesi.Ne önemi var diye sormuştun ( evet sormuştum).Devamı olarak yazarla konuşma şansına erişemedik.O zaman neden bu kitabı okuyanlarla sohbet etmiyorum....Yüzüncü sayfaya geldim.Bir hikaye daha bitdi.Aklımda bir şey var.Hikayenin sonundakı boş alana bir şeyler yazmam lazım.Kütüphanede olan bu kitabı her seferinde başka birisi okuyor.Demek ki, ortak bir düşünce yapımız var.Neden bir buluşup konuşma şansımız olmasın...Yazıyorum; Çoğu öğrenci kütüphaneden roman alıp-okumakla az ilgilenir.Genelde bölümü ile alakalı kitaplar için başvurur kütüphaneye.Ya da sadece ders çalışmak için.Kitapları felsefe,roman tarih, yazarı diye ayrım yaptığımızda bu kitabı insanların arayıb bulma olasılığı düşük görünmektedir.Bunu düşündüyümüzde heleki böyle bir yazarın öykü ve romanına kütüphaneden alıp okuyan çok az kişiyiz.Öyleyse neden bir-birimizle görüşme olasılığı yaratmayalım ki..Yazarın kitabın son cümlesinde dediyi gibi ‘’Ben buraday(d)ım sevgili okuyucu sen neredesin acaba?’’Bunu yazmamın üzerinden bir kaç gün geçmişti ve ben bu duyğudan çıkmıştım.Kitabın o hikayesini bir daha okudum ve bitirnce kütüphaneye verdim.Acaba birileri bunu okuyup da bir-birileri ile görüşmek, konuşmak isteyecekler midir? Benim istemediyim kesin..Ancak onları bilmiyorum…

Rasul Almammadov