14 Ocak 2018 Pazar

Statistika, Dünya və Mif: Hans Rosling

                                                                                                                                          ‘’ Let's Start the world!’’

                                           ‘’Mən pessimist deyiləm, men optimist də deyiləm. Mən ehtimalcıyam (possibilist).’’

‘’Bəziləri deyir ki Afrikada ilerleme yoxdu. Hətta orada nə olduğunu anlayacağımız bir statistika yoxdu. Onlara her iki mövzuda da sehv olduqlarını göstərəcəm.’’

''İnkişafın ortalamasını alıb ilərləmə yoxdu demək doğru deyil. Əslində çox sürətli inkişaf var. Artıq Afrikadaki Sub-Sahara ölkələrini tək bir bütün olaraq düşünməkdən əl çəkməyin vaxtı gəldi.''

Hans Rosling 1948 İsveç doğumlu professor statistika uzmanı dünyanın son dönəmdə tanıdığı ən gözəl insanlardan birisidir. İlk dəfə TED söhbətlərindən sonra məhşurlaşdı və çox sayıda digər söhbətlərə qatılaraq, insanların statistikalar ve dünya anlayışları arasındaki fərqi göstərərək , önyarğılarını yox etməyə çalışdı. 2009-ci ildə Foreign Policy jurnalı tərəfindən 100 ən qlobal düşünürlərindən birisi, 2011-ci ildə Fast Company jurnalı tərəfindən 100 ən kreativ insandan birisi , son olaraq isə 2012-ci ildə Time dərgisi 100 ən təsirli insandan birisi olaraq qəbul edildi.


Rosling İsveçin Upsala bölgəsində doğuldu. Statistika və tibb təhsili aldı. İlk dəfə Hindistana getdiyi vaxt oradaki tələbələrin necə də daha çox çalışdığını ondan daha yüksek nəticələr verdiyini görür. ‘’Bunlar ki, hindlilərdi necə bizdən daha yaxşı ola bilərlər.’’ deyə fikirləşir ki, özü də İsveçdə ən başarılı tələbələrdən birisi olmasına rəğmən hindlilərin yanında zəif qaldığını görür. Ailəsinin kominist Mozambikdən gətirdiyi bir qutu ilə uşaqlığında 'digərləri' ilə də tanışmış olur. 1967-ci ildə Mozambik azadlıq lideri Eduardo Mondlane ilə Upsalada görüş ayarlayır. Mondlane Michigan üniversiteti sosyologiya professoru idi və oraya gəlmiş 7-8 tələbə ilə söhbət edir. Hans Rosling'dən üniversiteti nə vaxt bitirəcəyini soruşur o isə təxminən 1975 kimi deyir. Mondlane isə o zamana qədər biz azad olacağıq, səni ölkəmə gözləyirəm deyir ve əl sıxışırlar. Mondlane bir il sonra suiqəsdə uğradıqdan sonra bu söz ciddiləşir ve 1979-cu ildə Hans Rosling həyat yoldaşı ilə bərabər Mozambikdə bir neçə il işləməyə gedirlər. Daha sonra Afrika'nın uzaq bölgələrində xəstəliklərlə bağlı arayış edir. Kongoda paralitik bir xəstəliyi ilk dəfə kəşf etdikdən sonra isə doktorantura dərəcəsi alır.

Statistikalar sıxıcıdır, az anlaşılırdır. İnsanlar saatlarca vaxtlarını ayırıb, dünyadaki son 50 ildəki dəyişikliyi oxuyacaq gücleri istəkləri də yoxdu. Onun yerinə Rosling'in dediyi şəkildə köpək balıqlı xəbər başlığı Isveçdə həftələrcə gündəmdən düşmür. İnsanlar xəbərsiz və önyarğılıdırlar. Reallıq göstərir ki, insanlar artıq 70 yaşın üzərində yaşaya bilir, qızlarımızın 80% artıq məktəblərə dəvam edir və demək olar ki, hər yerə elektirik çəkilibdir. Zənginlik və kasıblıq arasındaki fərq 40 il öncəki kimi kəskin görünüm təşkil etmir və zənginlik dağılımı 1970'lərdə tamamən qərbin əlində idisə bu artıq indi tək örgüclü dəvə kimidir. Orta sinif inanılmaz dəyişiklik göstəribdir. Media bizə bunlardan xəbər vermir (aşağıda sizə bir müxbir ilə olan verilişdən danışığını qoyacam ve bununla nə demək istədiyini görmüş olun).

Hans Roslingin çətin konseptləri (qlobal bərabərsizlik, iqlim dəyişikliyi, xəstəlik və səfalət) anlata biləcəyini özünə məxsuz üslübu, ustalığı var. var. İnsanları güldürərək və statistikaları onun ve oğlunun hazırladığı proqramla maraqlı hala gətirərək göstərməyə çalışır. Söhbətlərində istifadə edə biləcəyi visual xəritələr, chartlar, qutular ve özünə aid kreativ şeylərlə səhnəni asanlıqla doldurur. Özünün dediyi şəkildə orada olmaqdan biraz belə olsa həyacanlanmır.


Bir digər fərq isə dünya artıq əvvəlki kimi deyil. Biz və digərləri ayrımı ortadan qalxmaq üzərədi. Və siz hələ də Afrika ölkələrini statistikalarda bir bütün olaraq ələ alıb orada inkişaf yoxdu deyirsiniz ve Cənubi Koreya və Sinqapuru inkişaf etməkdə olan ölkələr siyahısında göstərirsiniz...Bu fərq isə onun oryantalist olmadan mövzuya olan yaxınlaşmasıdı. ‘’Din və uşaq sayı arasında əlaqə varmı?’’, ‘’Uşaq ölümləri sayı dünyada necə dəyişibdir?’’, ‘’Dünya populasiyası ciddən digərlərinin dediyi kimi artaraq dəvam edəcəkmi?’’, ‘’Zəngin və kasıb ayrımı necə olacaq ve Asiya nə vaxt qərbi ötəcək’’ bunun kimi digər suallara cavabı üçün daha doğrusu 2018-ci ildə də bu cavablardan xəbərsiz qalmamaq və önyarğılardan qurtulmaq üçün aşağıda listələdiyim videoları sırası ilə izləyə bilərsiniz. Hər bir videosu paradigma dərəcəsindədi. 

1. How not to be ignorant about the world | Hans and Ola Rosling ( http://bit.ly/1uFS4DF)
2. Debunking third-world myths with the best stats you've ever seen (http://bit.ly/1Al7X4B)
3. Religions and babies - Hans Rosling ( https://www.youtube.com/watch?v=ezVk1ahRF78)
4. Asia's Rise - Hans Rosling  (http://bit.ly/1tmAjwl)
5. The magic washing machine (http://bit.ly/1rYcy89)
6. Hans Rosling: Don't use news media to understand the World (http://bit.ly/2EIGTn4)

7. Hans Rosling on HIV: New facts and stunning data visuals (http://bit.ly/1uFS4DF)
8. 200 years that changed the world (with Hans Rosling) (http://bit.ly/2qTxLJi
9. New insights on poverty | Hans Rosling (http://bit.ly/2FBkAk9)
10. 'How To End Poverty in 15 years' Hans Rosling - BBC News  (http://bit.ly/1OPjUqw)

Bunlara da baxın;

1. Ellen de Lange, A convenient truth, one world, http://bit.ly/2EIgNjJ
2. Amy Maxmen, Three minutes with Hans Rosling will change your mind about the World http://go.nature.com/2qZWPz4
3. Hans Rosling: Data visionary and educator dies aged 68,BBC (http://bbc.in/2kjlPty)
4. Hans Rosling, statistician and development champion, dies aged 68, Guardian (http://bit.ly/2jZPCve
5. Hans Rosling, population prophet: Five final thoughts, BBC (http://bbc.in/2mSlbXo)
6. Rosling's World - a documentary about Hans Rosling (http://bit.ly/2mCwQcl)
7. Burada ölkələrin son 200 ildəki dəyişiminə baxa bilərsiniz. https://www.gapminder.org/tools/#_chart-type=bubbles