21 Mayıs 2016 Cumartesi

Təməl Kitablar/Cumhuriyyətin 100. İlinə Doğru Gedərkən

Bəziləri üçün Əliyevlərlə Cumhuriyyətçiləri sevmək arasında tərs mütənasib əlaqə var.Əliyevləri sevməmək, Cumhuriyyətçiləri sevmək deməkdir.Ancaq bu sevginin mənbəyi o dönəmə dair bilgilər deyil, ‘’aksiyomlardır’’.Yəni  ‘’onlara’’ qarşı hər kəs tərəfindən qəbul edilmiş  ‘’mütləq doğrulardır’’.Yəni dövlətin qurucularına dair pozitiv bir görüş var..Və bu görüş epistomolojik olaraq dəyişməlidir.* Azərbaycan Cumhuriyyəti,Rəsulzadə və digərləri ‘’28 May 1918’’dən çox daha artıq məna kəsb edir.Və bunun bir dəyəri vardır.Bizim borcumuz isə bu dəyərin fərqinə varmaqdı...Türk-İslam dünyasında önəmli bir yerə sahibik.Azadlığa qovuşmağımız hələki bizə bunu dünyaya tanıtmaq üçün fürsət yaratmağa kömək etmədi.Azərbaycan hər anlamda –mədəniyyət,musiqi,sülh,demokratiya- Türk-İslam dünyasında bir mərkəz ola bilər.Bunun tək yolu isə yuxarıda dediyim ki bu dəyərin fərqinə varmaqdı.....

Mövzuya dair azərbaycanca məlumat əldə etmək çətin məsələdir.Özəlliklə də üç-beş il əvvələ qədər.Son 25 ilə aid tarix kitabı tapmaq bir tərəfə, təəssüf ki, o dönəmə dair yazılmış kitablar hələki azərbaycancaya tərcümə olunmayıb.Shaffer’in kitabının türkcə tərcüməsi üçün dediyi kimi türkçəyə çevrilmiş bu kitab sadəcə türklər üçün deyil, eyni zamanda həm şimali Azərbaycan, həm də cənubi Azərbaycandakı oxucular üçün əl çatan olacaq və daha çox insanın oxumasına vəsilə olacaq.Mənim də (təməl) kitab tövsiyələrim türkcəyə çevrilmiş kitablardır.Ən əsası əldə etmək (və daha da önəmlisi anlamaq) çətin məsələ deyil.

*Epistomolik olaraq dəyişilməlidir demək, bu bilgini hardan və necə əldə etdiyiniz mənasına gəlir.Atanızdanmı öyrəndiniz, yoxsa araşdıraraq mı.Xəyali bilgidir mi, yoxsa scientific bilgidir mi....Qeyd: Bunu ümumiləşdirməyə ehtiyac yoxdu.Spesifik olaraq Azərbaycan Cumhuriyyəti və Rəsulzadə üçün nəzərdə tuturam.

Azərbaycanla bağlı mütləq oxunması gərəkən altı təməl kitab;
1.      Sevinç Alkan Özcan ve Vügar İmanbeyli, Azerbaycanda Din ve Kimlik, Küre Yayınları, 2014
2.      Tadeusz Swietochovski, Müslüman Cematten Ulusal Kimliğe: Rus Azerbaycanı Bağlam Yayıncılık
3.      Thomas De Waal, Karabağ (Black Garden), Hrant Dink Vakfı Yayınları, 2014
4.    Thomas Goltz, Azerbaycan Günlüğü, Teas Press, 2018.
5.      Vedat Gürbüz, Kafkasyada Siyaset, Kadim Yayınları, 2014
6.      Brenda Shaffer, ‘’Sınırlar ve Kardeşler: İran ve Azerbaycanlı Kimliği’’ çev. Ali Gara ve Vüsal Gasımov  İstanbul Bilgi Üniversitesi yayınları2008
7.     Kurban Said, Ali ve Nino

Türkiyədəki dostlar üçün önərdiyim kitablar bunlardır.Sizə bunu tövsiyə etmirəm, çünki mütləq oxumalısınız…Həcmi o qədər də çox olmayan oxunması rahat və asan kitablardır....Kitablarla bağlı bəzi açıqlamalar; Birinci kitab ondan çox dəyərli azərbaycanlı müəllimlər tərəfindən yazılmış yenə çox dəyərli bir kitabdı.Milli kimliyin formalaşması ve sovet və post-sovet dönəmi ilə birliktdə Azərbaycanda dini və kimliyi incələyir. İkinci kitabın tanıtımına ehtiyac yoxdu ən çox referans alınmış kitablardan biridi.1870-1918-1920 arası dönəmə aid ən təməl bilgiləri almaq üçün önəmlidir(ancaq kitabla bağlı bəzi tənqidlər üçün C. Həsənlinin kitablarına baxın). Üçüncü kitab 1988-1994 arası Qarabağ müharibəsini və sonraki vəziyyəti incələyir və 90a yaxın siyasətçi və qarabağlılarla aparılmış röportajları da içinə daxil edir.Roman oxuyurmuş kimi oxuya biləcəksiniz. Dördüncü kitab Qarabağ müharibəsini dünyaya çatdıran və Azərbaycandaki rəsmi ilk xarici jurnalist olan Goltzun o vaxtın siyasi hadisələrini birincil əldən çatdırdığı kitabıdr. Beşinci yuxarıda yazdığım kimi son 25 ilə aid tarix kitabı tapmaq çox çətin məsələdi.Bu kitab Kemal Karpat referanslı, Kafkasiyadakı üç dövləti  tənqidi analiz etmiş bir kitabdır. Altıncı kitab  İrandakı azərbaycanlı kimliyini,şah öncəsi,şah dönəmi və İran inqilabı sonrasını və Şimali Azərbaycan arasındakı  əlaqəsini analiz edən təməl kitablardan biridir.

Sosial Elmlər tələbələri üçün kimlik ilə bağlı əlavə oxumalar;

1.     Anthony Smith, Milli Kimlik, İletişim
2.   Anthony Smith, Milliyetçilik, Atıf Yayınları
3.    Benedict Anderson, Hayali Cemaatler, Metis Yayınları
4.   Eric Hobsbawn, Milletler ve Milliyetçilik, Ayrıntı Yayınları
5.     Ernest Gellner, Uluslar ve Ulusçuluk, İnsan Yayınları
6.     Şaban Çalış, Hayaletbilimi ve Hayali Kimlikler, Çizgi Kitapevi
7.   Umut Özkırımlı, Milliyetçilik Kuramları, Doğu Batı Yayınları

Cumhuriyyət Dönəminə dair çox geniş məlumatlar əldə etmək üçün Cəmil Həsənlinin bu kitablarına baxın;

1. Azərbaycan Xalq Cümhuriyyətnin Xarici Siyasəti(1918-1920). Bakı, 2009.
2. Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939). Bakı, 2012.
3. İkinci Dünya Müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-      1945) Bakı 2015.
4. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959. Bakı, 2008.
5. Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı, 2013.

Altay Göyüşovun bu mühazirələri mövzünü anlamaq və həzm etmək üçün çox kömək edəcək.Ardıcıl olaraq izləyin;

1.  Milli Kimliyin Formalaşması – 1 https://www.youtube.com/watch?v=U-5aWOr1Dew
2.  Milli Kimliyin Formalaşması – 2 https://www.youtube.com/watch?v=M4FcQ7hr_CM
3.   XX əsrin əvvəli Azərbaycanda siyasi fikir - https://www.youtube.com/watch?v=CgQEccJgCvw
4.   I Dünya müharibəsi və Rusiya inqilabı- Cümhuriyyətə aparan yol https://www.youtube.com/watch?v=8nvWISKnNN4
5.   Sovet Azərbaycanı- dəyərləndirmə cəhdi - https://www.youtube.com/watch?v=XjH9_UPvn74
6.  Müstəqilliyimiz tarixçinin gözü ilə - https://www.youtube.com/watch?v=ZJkew3997dU

Cəmil Həsənli 

1.  Rəsulzadə və Azərbaycan Cumhuriyyəti  https://www.youtube.com/watch?v=DC8HUaCv9yU
2.  Tarix Söhbətləri – Məmməd Əmin Rəsulzadə 130. https://www.youtube.com/watch?v=n8WAjbuVasw
3.  Tarixçilərin gözü ilə Rəsulzadə kimdir (və Altay Göyüşov) https://www.youtube.com/watch?v=j-cVWpaE_uA
4.  Asan Sual verilişi – Topçubaşov - https://www.youtube.com/watch?v=YMd1mHqKeUc
5.  Azərbaycanın Xarici Siyasəti (Altay Göyüşov və Hikmət Hacızadə) - https://www.youtube.com/watch?v=EiHbIn0qJTI

Qeyd: Mövzunun başlığını təməl kitablar deyə sərhədlədiyim üçün uzun-uzun yazmağa və ayrıca kitab listinə ehtiyac yoxdu.Ancaq yenə də Swietochovski, Kazımzadeh,Alstadt,Grigor Suny,Abrahamian və d. kimi yazarların kitablarına baxmaq olar.Ədəbi olaraq isə Əsəd bəy,Çəmənzəminli,Məmmədquluzadə,Ağaoğlu,Əli bəy Hüseynzadə, Rəsulzadə  və d. bütün əsərləri…

Bu list iləridəki dönəmlərdə genişləndiriləcəkdir.