30 Haziran 2016 Perşembe

To be in love or not to be in love

Dünyada heç də yaxşı hadisələr baş vermir. Gələcəyimiz yaxşıya doğru irəliləmir. Sadəcə can güvənliyimizin olmadığı, terrorun əsas olduğu siyasi problemləri deyil, son oxuduğum kitabla birlikdə sistemik problemləri də hiss etməyə başlamışam. Ekolojik, qida, həddindən çox istehlak və s. Bir film izlədim yenicə. Eşqlə müharibənin iç-içə olduğu bir film. Bosnadakı hadisələri göstərirdi.Avropanın tam ortasındakı qətliam....İç işlərinə qarışmamaq və görməməzlikdən gəlmək..Sərhədləri bağlamaq və digərlərini xor görmək...Canımızın bir dəyəri yoxdu....Dünyanı olduğu kimi mi qəbul etməliyik yoxsa bir yerdən qarşı çıxmağa mı başlamalıyıq...Dünyanın bir ucundakı Japoniyadakılar kimi səssiz və rahat ola bilməyi hiss etməyə ya da Norveçdəkilər kimi sakit otağımda bunları görməməzlikdən gəlməyə çalışıram....Hər birimiz üçün mütləq bir son var..Hardan və nə zaman gələcəyi bəlli olmayan....Mənim üçün eşq kimi bir şeydi bu son..Birisi keçmişdə qaldı,digəri isə önümdə bir yerlərdə durur...İkisi üçün də hiss etdiyim və keşke dediyim ortaq bir duyğu var..İkisi də ‘’keşke hazır olduğum zamanda gəlsəydi və gəlsə’’..Birinci keşke ötüb-keçmiş zamanın heyiflənilməsi,ikinci isə gələcəyə doğru bir ümid..Ümid olmadan olmaz..Çünki hədəflərimiz var..Çünki ümidlərimiz var..Bu ikisi arasında isə incə bir xətt var. Və bu xəttin üzərində xəyal etdiyimiz şeylər var- Arzular...Arzular, ümid etdiyimiz hədəflərə gedən yolda ötüb keçdikdən sonra keşke dediyimiz duyğular...Hədəflərimiz, bu xətt üzərində irəlilədikcə gerçək ola biləcək olan şeylərdir...Bu adına arzu dediyiniz istəklərimiz, o xətt üzərində xəyalən yerləşdirdiyimiz və gerçəkləşəcəyini bilmədiyimiz hisslərimizdir.Bu həm keçmişlə bağlıdır həm gələcəklə..Və ya bu ikisinin harmoniyasından ibarətdir..

Dünyadakı hadisələr əslində Adəmin günahi işlədikdən sonra o günahın cəzasını öyrəndiyi o andakı peşmançılığını hiss etməsi kimidir. Geriyə dönüş yoxdu..Olmalıydı və oldu..Artıq minlərlə il keçib..Və zaman, bizi arxamızdan itəliyərək önümüzdəki sona doğru yaxınlaşdırır.Bu istər siyasala uyğun müharibə ilə gələn son olsun,  istərsə də sistemin strukturuna görə baş vermiş ekolojik bir son olsun...Problem bunu olduğu kimimi qəbul edəcəyik, yoxsa qarşımı çıxacağıqdır. That is a main question! Bəs normatif olan yəni əxlaqi olan şey nədir. Əsas problem deyir koministlər, susadığın zaman suyu deyil,meyvə şirəsini istəməkdir...Ehtiyac vardır,saxta ehtiyac və ehtiyac olduğunu hiss etdiyimiz saxta ehtiyaclar vardır.Mağaradakı adamın ehtiyacları ilə tatmin (satisfied) olmuruq və bu istehlakçı çılğınlıq bizi böyük sona yaxınlaşdırır...Mənim əslində normatif olaraq sorğuladığım duyğularımızdır.Daha doğrusu duyğularımız (və xəyallarımız) və fərqindəliyimiz arasındakı əlaqə...Rodion Romanoviç insanları sıradan və misyonu olan insanlar deyə ikiyə ayırır. Yəni fərqində olmadan rolumuzu oynayarkən bəzilərimizin aramızdan ayrılaraq, bu gerçəyi dərk edir..Bu adına homo gerçəkius deyə biləcəyimiz insan, eşqləri,duyğuları,həyəcanları və xəyal qurmağı hiss etməyə haqqı varmıdır? Əgər varsa bu Oblomovluq deyil mi? Oblomovluğu negativ bir şeymiş kimi görürük....Filmlərdə gerçəyin fərqinə varan qəhrəmanlar duyğularını, eşqlərini bir kənara qoyaraq, dünyanı qurtarmağa çalışır və təsadüfən də bu qurtarış üçün lazimi ehtiyaclara yavaş-yavaş sahib olur.Ancaq gerçəklik filmlərdəki kimi deyil və ananızın sizə dediyi kimi yeddi milyardda birsən,edəcək heç bir şeyin yoxdur..Bunu düşünmək Oblomov kimi eşqi hiss etməyə,həyatı yaşamağa səbəbiyyət verir.Ancaq bunu 1/7milyard deyil, 1/1 kimi düşünməyə başlayarkən isə psixolojik problemlər ortaya çıxar....Dünyanı qurtarmaq və ya Oblomov olmaq. Daha doğrusu doğrunun fərqində olmaq və ya bəlkə də gerçək olmayacaq olan bu xəyali duyğuları yaşamağı hiss etmək..Kiçik paradoks kimi görünən bu gəl-getlərin mərkəzində cavabını verəcəyimiz sadəcə bir gerçəklik var. O da ‘’insan’’ olduğumuzdur..Biz o, anlıq ilk günahi işlədən negativliyə və yüzlərcə il bunu yaxşılıq edərək ödəməyə çalışdığımız pozitivliyə sahibik..Tam olaraq bilmirəm ancaq yəqin ki, cavab sadədir.İkisini bir-birinə uyğunlaşdıraraq yaşamaq. Dünyanı qurtarmaq yerinə əvvəlcə özümüzü və sıradaki insanları qurtarmaq və Oblomovluq etmək yerinə duyğuları və eşqləri bundan ayıraraq, ilkinci ilə birləştirərək yaşamaq...(Bax görürsünüz yenidən başa döndük. ‘’Dünyanı olduğu kimi mi qəbul etməliyik yoxsa bir yerdən qarşı çıxmağa mı başlamalıyıq? Normatif olan hansıdır?’’ )

(Sevgiliyə yazılmış məktub) Rasul Almammadov – 07:22, 30 Iyun 2016