1 Kasım 2016 Salı

Kitab Yayınlama Sənəti: Bir yazar Üç kitab Üç yayınevi

Vallah yazmayım,yazmayım deyirəm ancaq hər dəfə də gördükcə əsəbləşirəm....Facebookda yazacaq qədər kiçik olmadığı üçün burada bloqumda yazmağa qərar verdim....Həmişə yorğun olanda yatmağa doğru edəcək bir şey olmayanda girirəm internetdə kitap mağazalarına baxıram; tanımadığım kitablar haqqında ən azından təsəvvürüm, ümumi məlumatım olsun deyə..Ön sözünə, kitabın arxasına, üz qabığına baxmaq – kitab haqqında pozitiv və ya negativ düşünməyimə, məlumatlanmağıma səbəb olur.Ancaq bizim kitablara baxanda cinlərim təpəmə çıxır...Ay balam bu kitabı yayınlayırsan- o yayınevində düz əməlli adam yoxdu ki, bunu oxuyub, önsöz- bu cəhənnəm kitabın arxasına əsərlə bağlı vikipedik məlumat versin? Kitabın bilmirəm neçənci səhifəsindən götürüb iki cümləni – bir abzası yazır, olur bu da sənə məlumat..Sırf iki yarmarkada baxdığım üç-dörd kitabı geri yerinə qoymuşam ki, başa düşmədim orda nə deyilir deyə..


Daha da əsəbləşməyim deyə qərara verdim ki bunu başqalarıylada paylaşmaq lazımdır..Ancaq doğru bilgiyə sahib olum deyə də getdim üç saytda, iki yazarın, üç fərqli kitablarına baxdım..Sən demə online-kitab səhifələri də öz başına məlumat verirmiş – Əgər kitabın arxasında nəsə varsa o götürülüb yazılar yoxdursa da etik olaraq boş buraxılar...Başlayaq birinci yazar Yusif Vəzirin kitablarından..O yarmarkalarda məni əsəbləşdirən kitablar arasındaydı iki romanı da – məlumat üçün əlimə alıb oxuyuram; xoruz elə-xoruz belə, kitabdan iki-üç cümləni copy-paste edib arxasına məlumat adıyla sırımışdırlar..(ümid edirəm yadımdaki kimidi)

Bir misal göstərim baxın.. Çəmənzəminli - (Hədəf yayınları) Kitabın adı Qızlar bulağı - kitabın üzərində Xoruz şəkli var..Kitabın arxasına məlumat kitabdan götürülmüş cümləylə - aslanla başlayır..Həkim baba yayınevi burada nə demək istəyir? Həkim baba: Qız. xoruz, aslan?? Hmm…Buna Kitabklubu web səhifəsində baxmışdım elə yadımdadır ki kitabın arxasındaki bilgi də bu cür olmalıydı.. Kitabevim web səhifəsi də bizi eyni məlumatla qarşılayır...Sonra dedim ki bəlkə mən səhvəm girdim yayın evinin rəsmi səhifəsinə gördüm ki orada o lənətə gəlmiş vikipedik məlumatı veriblər...Ancaq Hədəf Nəşrləri adam ağıllı bir şey yazıb – ancaq veb səhifəsində- xatırladığım qədəri ilə kitabın arxasındakı bu deyil idi..Ona görə də online-kitab səhifələrini tam olaraq günahlandırmıram...

Üç rəsmi web səhifəsi  -    və   Yusif Vəzirin 3 kitabı

1. Kitab klubu                            1. Qızlar Bulağı
2. Kitabevim                              2. İki Od arasında
3. Hədəf Nəşrləri..                     3. Qumarbazın Arvadı

Birinci Kitabı – Qızlar Bulağı – üç fərqli veb səhifəsindəki tanıtımı

Kitab klubu; Kitabevim; Hədəf Nəşrləri (sırasıyla)

1.''Şəhər darvazasının ağzında bir aslan heykəli var idi.Bu, Həmədanınhimayəçisidir.Bunun üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi. Ağ və gözəl xoruz idi. Bu xoruzu tanıyıb heyrət etdim, Jinduqtun idi, üç gün əvvəl itmişdi. Xoruza yanaşdım, heç də ürkməyərək qucağıma atıldı. Bağrıma basdım, bərabərcə yola düşdük...''

2.Şəhər darvazasının ağzında bir aslan heykəli  var idi.Bu, Həmədanın himayəçisidir.Bunun üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi.

3.Əsərdə qədim İran qəbilələrinin həyatı canlandırılır, atəşpərəstlər dövründə mövcud olan ənənələrdən bəhs olunur. Yazıçı təxəyyülünün məhsulu olan bu kitabda dinlərə və xalqların həyatına aid fəsləfi fikirlər də yer alıb. “Qızlar bulağı” oxucular üçün fərqli bir mütaliə nümunəsi sayıla bilər.

İndi deyin görüm burada günah kimdədi? Hansı məlumat daha çox normal bilgi verir? Kitab təkcə bir yayın evindən çıxıb ona görə də ortaq bir şey olmalıydı...Əgər bu kitabın özündə var isə niyə kitab mağazaları öz başına şeylər yazır-..Yox əgər kitabın arxasında Hədəfin web səhifəsində yazıldığı kimi deyilsə ən azından rəsmi səhifəni izləyib, doğru bilgi vermək daha normal olmazdı mı ya da Hədəf Nəşrləri əgər satışdakı köhnə nəşrdir deyə öz saytında yeni məlumat verirsə niyə öncəlikli olaraq, bunla bağlı bilgini onlara vermir..


İkinci kitab – İki Od Arasında

Kitabklubu - Kitabevim-az - Hədəf (sırasıyla)

1."Iki od arasında" (Qan içində) romanından:
Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir. Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub, onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır, çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır:

Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açsa,
Bu çobanın...                   Və daha da uzayıb gedir…

2) "Bu əsər yazıçının ən bitkin romanlarından biri olduğu kimi, həm də tarixi, adət və ənənələri, inam və etiqadları, sınaq və yozumları, ayin və mərasimləri çox yaxşı bilən folklorçu, tarixçi, etnoqraf, şərqşunas alimin bütün müşahidə və tədqiqlərinin kiçik həcmli qamusudur."

3) Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. Bu əsər Hədəf Nəşrləri tərəfindən təkrar olaraq, “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində nəşr edilib.

Ancaq burada kitabklubundakı Avrasya yayınlarında çıxmış kitab hər üçü haqqında normal məlumat verir – (http://kitabklubu.org/ceminzeminli-yusif-vezir-eserleri-uc-cildde-ii-cild.html)

Yazı gərəksiz uzun oldu (ancaq gərəksiz yerə yazılmayıb) ona görə də üçüncü kitabı və əvvəlcə fikrimdə yazmağı da tutduğum Əsəd bəyin kitablarının qarşılaşdırmasını etməyəcəm..Bu ciddi texniki problemdi..Durduq yerdə yazmıram..Hələ heç yayın evlərinin El Ceymsin axmaq kitablarını tərcümə edəcək qədər bekar şəkildə populyar kültürü izləməsini heç deməyəcəm.(erotik kitab istəyirsiniz deyin araşdıraq normal bir şey tapıb verək)..Onun yerinə bu tərcümə edən adamların ən azından məlumatlarını kitabın içərisində qeyd edin..Bilirsiz Türkiyədə tərcümə edən şəxsin nə qədər dəyərli olduğunu, hətta bəzən kitabın belə deyil, tərcüməçinin sayəsində kitabın satıldığını? Cavab Yox isə Talat Sait Halmanı araşdırın...Kitab yayınlamaq- üz qabığı, keyfiyyəti əslində bir sənətdir və o kitabın satış miqdarını da müəyyən edər...KitabKlubunun yenicə 2016ci ildə yayınladığı Əsəd bəyin kitabı – Məhəmməd.Son peygəmbər kitabının niyə 100 tirajla etdiyini soruşun – oxuyucu məsələsi tək başına cavab deyil! Sizə şiddətlə tövsiyə edirəm Türkiyədki İletişim yayınlarının özəlliklə rus ədəbiyyatı tərcümlərinə (gənəldə Ergin Altay tərəfindən edilir) baxın..Nəşrlərdə ön söz, xronologiya , kitaba dair vaxti ilə çıxmış şəkillər, rəsmlər və son söz kimi əlavələr edilərək, kitabı kolleksiya edəcək vəziyyətə gətirirlər..Mən isə Yusif Vəzirin bu kitablarını hər dəfə əlimə alıb, sonra geri qoyuram..Yoxsa iki il əvvəl artıq oxuyub, qurtarmalı idim..Xoruz elə getdi, belə gəldi kimi yazmaq daha doğrudur yoxsa iran-atəşpərəstlik-dinlərlə bağlı olduğu yazılması mı..Çobanla-köpəyi elə getdi demək daha doğrudur yoxsa 11 il əvvəl Avrasya yayınlarından çıxdığı kimi Qızlar Bulağının  ilk tarixi-fəlsəfi roman olduğu, İki Od Arasındanın Molla Pənaf Vaqifin həyatından danışıldığını demək...