21 Haziran 2020 Pazar

Azərbaycanda Səhiyyə Xərcləri və Strukturuna Dair Bir Neçə Söz

Bir vətəndaş olaraq Azərbaycan səhiyyə sisteminin ciddi problemləri olduğunu düşünənlərdənəm. Praktiki olaraq gündəlik həyattaki təcrübələrimiz və ya kiçik bir qarşılaştırmalı araştırma bu rəyi qəbul etməyə nəticə verir. COVID-19 pandemiyası ilə bağlı özəlliklə insanların ay yarımdır olan  paylaşımları əslində bu problemin sadəcə administrativ məsələ olmadığını, eyni zamanda səhiyyə sisteminin struktural problemlərindən də irəli gəldiyini görməyə imkan verir.

Təbii ki, səriştəsiz dövlət idarəçiliği mövcut vəziyyətin bu hala gəlib çatmasının ən təməl səbəbidir. Bu məsələyə çox girmədən sadəcə onu deyə bilərəm ki, hökümətin post-COVID gözləntiləri onun ən böyük yanılgısıdır. Sərt karantin müddətinin dəvamlı uzadılması bunun nəticəsidir...Bəlkə də burada önəmli bir nüansa diqqət yetirmək lazımdır; yəqin ki, bu administrativ yanılgı da deyil. Əslində doğru olaraq yetkin səhiyyə sisteminin olmamasını yəqin bilərək, bu sərt karantinlərə bizi məcbur edirlər.

Səhiyyə və tibbi yardımlar beynəlxalq (və konstitusional) insan haqqıdır və dövlətin ən önəmli funksiyalarından biri hesab olunur. Ona görə yox ki, bunlar mütləq şəkildə dövlət tərəfindən verilməlidir. Ancaq dövlət insanların aylıq gəlirlərinə güc düşmədən bu haqlardan yararlanması yollarını açıq tutmalıdır. Azərbaycanda yayqın tibbi sığortanın olmaması, minimal maaş, iqtisadi göstəricilər hələ ki, özəl sektorun bura ciddi şəkildə daxil olmasını əngəlləməktədir. Ancaq digər tərəfdən səhiyyə xərclərinin böyük bir qisminin (85%) cibdən xərclərlə (out-of-packet) qarşılandığını diqqətə aldıqda dövlətin tibbi-sosial xərcləri yerinə yetirmədə öz öhdəliyini gerçəkləşdirmədiyi də görülməktədir. Yəni semaşka deyilən səhiyyə strukturu, mərkəzləşdirilmiş planlama ilə dövlət tərəfindən gerçəkləşdirilsə də xərclərin 85%-nin insanların ciblərindən çıxmaqdadır.

       Şəkil 1. Avropada Şəxsi Səhiyyə Xərclərinin Ümumi Səhiyyə Xərclərinə olan Nisbəti, Kemal Büyükyüksel (c) 
      
2020-ci il büdcə xərcləri (BRI, 2020) 26.9 milyard manat təşkil etməktədir. Bunun 14.7%-i müdafiə və təhlükəsizlik üçün xərclənərkən, sadəcə 5.1%-i səhiyyə üçün ayrılmıştır (2018-ci ildə 3.1% idi. (ADRSK, 2019:37)) . Bu faiz ÜDM nisbətində götürüldükdə isə 1.1 % təşkil etməkdir ki, bu da dünya ortalamasından 5-8 dəfə azdır. Dünya trendlərində səhiyyə xərclərinin ÜDM-dən daha sürətlə arttığını nəzər aldıqda (WHO, 2019:6) Azərbaycanın çox geridən gəldiyini deyə bilərik.

Baxmayaraq ki, ‘cibdən çıxan xərclərin hökümət xərclərini keçməməsinə dair ümumi olaraq beynəlxalq anlaşma’ var (Ibrahimov et. All., 2010: 29) və nəzərə alsaq ki, kişi başı hökümət xərcləri ilbəil artır (WHO, 2019:7), ümumi olaraq təəssüf ki, Azərbaycan kimi az gəlirli ölkələrdə səhiyyə xərcləri yükü vətəndaşlar üzərində qalmaqdadır. 

Şəkil 2. Cibdən Çıxan Xərclər və Dövlət Xərclərinin Ümumi Səhiyyə Xərclərində olan Nisbəti, World Bank




Şəkil 3. Azərbaycanda Cibdən Çıxan Xərclərin Digər Ölkələrlə olan Müqayisəsi (Azerbaycan 83.8% Ermənistan 84.3% Gürcüstan 54.7%), World Bank

Azərbaycan səhiyyə strukturu mərkəziləşmiş və xierarxiyaya dayalıdır və qərarlar ölkə səviyyəsində alınmaqdadır. Səhiyyə sistemi əsas olaraq SSRİ-dən dəvam edən semaşko sistemi ilə funksiyasını yerinə yetirməkdədir. Mənbələr mərkəzi olaraq planlanmış və işçilər də rayon, şəhər, ölkə (SSRİ'də isə oblast və federal daxildir.) səviyyəsincə bölünmüştür. Tarixi olaraq model, mərkəzində öz bölgəsində fəaliyyət göstərən rayon həkiminə əsaslanmıştır. (WHO, 2013; Ibrahimov et all. 2010: 11-13) Başlarda uğurlu bir sistem olsa da texnolojiq inkişaf ilə daha profesional xidməti göstərə bilmədiyi üçün çağdaş səhiyyə sisteminə ayaq uydura bilməmiştir. Semaşko sistemi əsas olaraq stasionar (inpatient) müalicəyə dayandığı üçün resursların intensitv olaraq istifadəsini gərəktirməktəydi (Ibrahimov et all. 2010: 13; WHO, 2013). Ən önəmlisi də ilkin yardım (primary care) xidmətlərini göstərə bilməməsidir. Buna görə də rayon həkimləri öz funksiyasını itirmiş, insanlar daha profesionallaşmış xidmətlərə yönəlmiştir...Bu çalışmalar on il əvvələ aid olduğu üçün tam olaraq indiki sistemin hansı vəziyyətdə olduğuna dair bir fikrim yoxdur ancaq ilkin yardım xidmətlərinin dövlətdə hələ də eyni qaldığını fikirləşirəm. 

Şəkil 4. Azərbaycanda Səhiyyə Xərcləri Trendi, 2000-2007

Şəkil 5. Azərbaycanın Səhiyyə Xərcləri Profili, WHO


Şəkil 6. Cənubi Qafqazda Adambaşına Düşən Səhiyyə Xərcləri 


Şəkil 7. Cənubi Qafqazda Adambaşına Düşən Dövlət Səhiyyə Xərcləri

Ümumi olaraq ilk illərdə səhiyyə üçün edilən xərclərin böyük bir qismi səhiyyə işçilərinin maaşları üçün xərclənməktəydi (Ibrahimov və d. görə (2010:39) tarixi olaraq səhiyyə işçiləri dövlət sektoru içərisində ən az maaş alan qrup olmuşdur. Bu vəziyyət SSRİ-dən miras alınmış və müstəqillik illərində də dəvam etmiştir). Neft gəlirləri sonrası isə artan miqdarla səhiyyə xərcləri, yeni xəstəxanaların inşası üçün ayrılmıştır. Texniki avadanlıqlara gəlir ayrılsa da ilkin yardım xidmətləri üçün gərəkli olan resurslara diqqət yetirilməmiştir (Ibrahimov, 2010: 106). Digər önəmli bir məsələ isə bu yerlərdə işləyəcək işçilərin təhsil standartları inkişaf etdirmək üçün addımların atılmamasıdır.

Şəkil 8. Səhiyyənin Əsas Göstəriciləri, ARDSK, 2019

Qeydlər: 

1. Bu bloq yazısını şəkillərin analizini və qarşılaşdırmasını etmədən sizə buraxaraq, burada dayandırıram. Ətraflı məlumat üçün Fuad İbrahimov və d. tərəfindən hazırlanmış mətnə və digər mövcud yazılara baxabilərsiniz. 

2.  Bəzi şəkillərdə yuvarlaqlaştırılmadan istifadə olunmuştur (məs. 11.9 = 12 kimi)

3. Xəstəxana çarpayılarının sayı Azərbaycanda çox olsa da digər və qonşu ölkələrdən fərqli olaraq  doluluq nisbəti çox aşağı olduğu üçün çarpayıların sayında ciddi azalma olmuşdur. 

4. Şəkillərdə gözə dəyən ciddi xətalar olsa və istatistiklərdə hərhansı bir səhvlik görsəniz, xahiş edirəm mənə bildirin.

5. Ətraflı yazıların dərc olunması vətəndaş cəmiyyəti üçün gərəklidir. Buna görə də bu yazının əsas məqsədi digər çalışmalar üçün örnək təşkil etməkdir. 

Mənbələr

1.World Health Organization Global Health Expenditure database 

2.The World Bank Data 

3. '2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri', Baku Research Institute, 2020.

4. ‘Global Spending on Health: A World in Transition’, WHO: Global Report, 2019.

5. ‘Rocky Model from the Semashko to a New Health Model’, Bulletin of the World Health Organization 2013, Vol. 91, s. 320-321.

6. '2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri', Baku Research Institute, 2020.

7. Fuad Ibrahimov, Aybeniz Ibrahimova, Jenni Kehler, Erica Richardson, ‘Azerbaijan: Health System Review’, WHO: Health Systems in Review, Vol 13, No:2, 2010.

8. ‘Azərbaycanda Səhiyyə Sosial Müdafiə və Mənzil Şəraiti’, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (ARDSK): Statistik Məcmua, 2019.

9. Erica Richardson, Nino Berdzuli, 'Georgia: Health System Review', WHO: Health Systems in Review, Vol 19, No: 4, 2017.

10. Neft gəlirləri ilə birliktə əldə edilən resursların israfı haqqında bir yazı üçün baxın. Farid Guliyev, 'Azerbaijan's Missed Opportunities', Current History, October, 2019.