13 Ağustos 2017 Pazar

Klassiklər, Universitet Dərslikləri və Anglo-Sakson Dünya

Məqalənin başlığında əvvəlcə kitablar deyə yazmağı düşünürdüm ancaq sadəcə kitab etiketi ilə yazıya başlamağın bu kiçik məqalənin məğzini anlamağa həm də o kitablara haqsızlıq olacağı üçün klassiklər olaraq dəyişdirməyi uyğun gördüm. Tartışmasız klassiklər özəlində kitablar, bizim sosyal həyata daxil olmağımızda önəmli yer işğal edir hətta əksik də qalır deyə bilərik...Daha da önəmli olan vaxtından daha az vaxtımızın olmağıdı. Həyat standartlarımızın son 150 ildə inanılmaz dərəcədə artmasına baxmayaraq, gündəlik həyatımızı bir plan üzərinə qurub, onu tempə sala bilmirik. Zaman çox sürətlə keçir və Cem Yılmaz’ın dediyi kimi sürət artıq bizim düşmənimizdi.

Bizim planlara, listlərə, həyatımızı biraz daha asanlaşdıracaq şeylərə ehtiyacımız var. Bilgi gücdüsə daha az məlumat da effort itkisi, vaxt ve bəzən də pul itkisinə səbəb olabilir. Mənim blogumun ən dəyərli qismi hazırladığım listlərdi ki, mənim daha öncə yaşadığım itkiləri məndən sonrakiların yaşamaması üçün hazırladığım məqalələrdən ibarətdi. Daha öncə hazırladığım list tövsiyyə məqsədli idisə, indi hazırladığım isə daha çox məlumat vermək, sizə uzun-uzun seçim itkisi vermədən sizə kömək edəcək şəkildə təsəvvür yaratmaqdı.

Mən şəxsən həftədə ən az bir dəfə kitabçıları gəzib, gündəmi tutmağa çalışıram. Bunlar daha çox alışveriş mərkəzindəki kitabçılar olur ki, buna səbəb də orada hər zaman dəyişiklikləri görmək mümkün olduğu üçündü – digər halda ümumi kitabçılar yenə ümumi olaraq standart şeyləri satırlar...Bəs başlıqdaki üniversitet dərslikləri nə deməkdi deyə soruşulacaq olsa – mən hamımız kimi eyni zamanda digər ölkələrdə tələbələrə hansı dərsliklərin oxudulduğu, bizdən nə dərəcə fərqli olduqlarını görmək, hansı yetərlilikdə olduğumu bilmək ehtiyacı hiss edirəm. Digər kitablardan fərqli olaraq, Klassiklər tələbənin bitirməsi gərəkən kitablar olduğu üçün mənim 4 ildə oxuduqlarımla (ve mənə oxutdurulanla) digərlərinə oxutdurulanlar arasındaki fərqi bilmək bizə çox şey qazandıra bilər. Ona görə bu məqalə bir ehtiyacdır! Niyə Anglo-Saxson dünyanı seçdiyim soruşulacaq olsa isə - birincisi perspektivim Asiyaya yox bizdən qərbdə yerləşənlərə yönəlik olduğu üçün, ikincisi bizim qərbdə olanlarla bir mənalı olaraq iç-içə olduğumuz üçün, üçüncüsü də  Columbia, Amerika mərkəzli Open Sylabus Project’in belə bir website hazırlayaraq, yəqinki bir ilkə nail olduğu üçün.

Syllabus Project – bir milyondan çox üniversitet dərsliklərini bir araya gətirərək, ingilis dilli dünyada hansı kitabların oxudulduğunu göstərmək məqsədi ilə son üç-dörd il bir çalışma ediblər.1 Keçən il də bunu online olaraq bizlərə də açdılar. Həmin listə 5 ölkə - ABŞ, Britanya, Kanada, Yeni Zelandiya və  Avstralia – daxildir. Dərsliklər isə 12 fərqli bölümü içinə daxil edir. Ayrı-ayrı olaraq da yüzdən çox üniversitetdə hansı kitabların dominant olduğunu görmək olur.


Resim yazısı ekle



Buna əsasən İngilis Dilli Dünyada ən çox oxudulan ilk 3 kitaba Platon və Marx, 10 klassikə ise Marry Shelley (Frankstein), Aristotel (Etik),  Thomas Hobbes (Leviathan), N.Machiavelli (Hökümdar),  Sophocles (Oedipus) və Shakespeare (Hamlet) daxildir. İlk 20’yə isə Edward Said Michel Foucault, Thomas Kuhn, J.Stuart Mill və Martin Luther King daxildir..Həmən arxasınca isə son 20 ilin siyasi diskursunu önəmli şəkildə təsir etmiş Samuel P.Huntington Mədəniyyətlər Çatışması ilə listə daxil olub. Tartışmasız listə özünü Yunan Fəlsəfəsinə borclu hesab edən qərbdə Platon və Aristotel demək olar ki, bütün kitabları ilə yer ediblər ve Shakespeare də unutmayaq – 4 kitabla Anglo-Saxson dünyada ən çox oxunanlar arasındadır. Bundan başqa ilk 100 kitaba Kant Max Weber,Kafka, Fitzgerald, Virginia Woolf..

Amerika’da oxudulan kitablarla aşağıdaki listdəki kitablar demək olar ki, üst-üstə düşür. Ayrıntılı olaraq buradan da baxa bilərsiniz.2 Ancaq Britaniya’daki dərsliklər isə çox fərqli və orjinaldılar. Bəs mən hansıları oxumuşam? İlk onluqdan sadəcə Karl Marks  (Kominist Manifesto) və Machiavelli (The Prince).

İndi isə mən oxuduğum bölüm və üniversitetim haqqında olan məlumatları verdikdən sonra məqaləni bitirməyə çalışacağam. Saytda yerləşdirilən 12 bölümdən birisi Politics başlığı altında görüdüyüm qədəri ilə daha çox ‘’İnternational Relations’’ disiplininə referans verən kitablar görülür. Ümumi olaraq bunlar oxudulur.

Political Science (2017)

1 Samuel Huntington, Clash of Civilizations
2. Thomas Hobbes, Leviathan
3. Alexis De Tocqueville, Democracy in America
4. Aristotels The Politics
5. Nicollo Machiavelli The Prince
6. John S. Mill On Liberty
7. Jan Jacques Rousseau, The Social Contract
8. Karl Markx, Cominist Manifesto
9. Kenneth Waltz, Theory of International Politics
10. Alexander Hamilton The Federalist Paper
11. Alexis De Tocqueville, Harvey C.Mansfield Democracy in America
12. Arthur Newell Strahler, Physical Geography
13. Garrett James Hardin The Great Tradegy of the Commons
14. Francis Fukuyama, End of the History, National Interest
15. Plato Republic
16. David R. Mayhew, The Congress: Electotral Connection
17. Benjamin R Barber, Jihad vs Mcworld
18. Edward Said, Orientalism
19 . Joseph E. Stigletz, Globalisation and its Discontents
20. John J. Mearsheimer, False Promise of International Institutions
21. Robert D.Pudham Diplomacy and Domestic Politics: The Logic of Two-Level Games2
22. Joshua S.Goldstein, International Relations
23. Doyle, Michael W.  Liberalism and World Politics, The American Political Science Review
24. John Locke, Second Treatise of Government
25. Krasner, Stephen D. Sovereignty, Foreign Policy
26. Robert O.Keohane, Power and Interdependence
27. Immanuel Kant, Perpetual Peace
28. Karl Polanny The Great Transformations
29. Thomas L.Friedman, The Luxes and the Olive Tree
30. Michael Doyle and ,,, Democratic Peace, International Security


Political Science (2023)

1.     Samuel Huntington, Clash of Civilizations
2.     Thomas Hobbes, Leviathan
3.      Benjamin Ginsberg, We the People: An Introduction to American Politics
4.      John Locke, Second Treatise of Government
5.      Karl Marx, Cominist Manifesto
6.      Alexis De Tocqueville, Democracy in America
7.      John Baylis, Steve Smith, The Globalization of World Politics: An Introduction to International Relations
8.      Jan Jacques Rousseau, The Social Contract
9.      Nicollo Machiavelli The Prince
10.   Gary King,  Designing Social Inquiry: Scientific Inference in Qualitative Research
11.   Aristotelis The Politic
12.   Robert D. Putnam, Bowling Alone: America's Declining Social Capital
13.   Plato. Republic
14.   Hans J.Morgenthau,  Politics Among Nations; The Struggle for Power and Peace
15.   Alexander Hamilton The Federalist Paper
16.   Mancur Olson, The Logic of Collective Action: Public Goods and the Theory of Groups
17.   Benedict Anderson, Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism
18.   Karen O.'Connor, American Government: Continuity and Change
19.   John S. Mill On Liberty
20.   Kenneth Waltz,  Theory of İnternational Politics
21.   Francis Fukuyama, The End of History and the Last Man
22.   Robert O. Keohane, After Hegemony: Cooperation and Discord in the World Political Economy
23.   John Rawls, A Theory of Justice
24.   Anthony Champagne, Governing Texas
25.   Robert D. Putnam, Making Democracy Work: Civic Traditions in Modern Italy
26.   Amartya Sen, Development as Freedom
27.   Anthony Downs, An Economic Theory of Democracy
28.   John J. Mearsheimer, The False Promise of International Institutions
29.   Thomas E. Patterson, We the People: A Concise Introduction to American Politics
30.   John J. Mearsheimer, The Tragedy of Great Power Politics
31.   Margaret E. Keck, Activists Beyond Borders
32.   Hedley Bull, The Anarchical Society: A Study of Order in World Politics
33.   Arend Lijphart, Patterns of Democracy
34.   Joseph E. Stiglitz, Globalization and Its Discontents
35.   Garrett Hardin, The Tragedy of the Commons
36.   Alexander Wendt, Anarchy Is What States Make of It: The Social Construction of Power Politics
37.   Robert D. Putnam, Diplomacy and Domestic Politics: The Logic of Two-Level Games
38.   Peter B. Evans, Dietrich Rueschemeyer, Theda Skocpol, Bringing the State Back In
39.   Karl Polanyi, The Great Transformation
40.   Adam Smith, An Inquiry Into the Nature and Causes of the Wealth of Nations
41.   Economic, Social and Cultural Rights Nations. Office of the High Commissioner for Human Rights
42.   Kenneth N. Waltz, Man, the State, and War
43.   William Strunk, The Elements of Style
44.   Scott Burchill ed. Theories of International Relations
45.   Walter Carlsnaes, Thomas Risse-Kappen, Beth A. Simmons, Handbook of International Relations
46.   Immanuel Kant Perpetual Peace
47.   Thucydides The History of the Peloponnesian War
48.   James D. Fearon, David D. Laitin Ethnicity, Insurgency, and Civil War
49.   James D. Fearon Rationalist Explanations for War
50.   Samuel Huntington, The Third Wave: Democratization in the Late Twentieth Century
55. Frantz Fanon The Wretched of the Earth
56. Robert O. Keohane Power and Interdependence
58. Graham T. Allison Essence of Decision: Explaining the Cuban Missile Crisis
65. Edward W. Said Orientalism
66. Alexander Wendt Social Theory of International Politics
67. Juan J. Linz, Problems of Democratic Transition and Consolidation: Southern Europe, South America, and Post-Communist Europe
68. Deborah A. Stone Policy Paradox: The Art of Political Decision Making
69. Michael W. Doyle, Liberalism and World Politics
70. Samuel P. Huntington, Political Order in Changing Societies
72. Robert Jervis Cooperation Under the Security Dilemma
74. Michel Foucault Discipline and Punish: The Birth of the Prison
76. Graham T. Allison, Conceptual Models and the Cuban Missile Crisis
79. Martha Finnemore, Kathryn Sikkink International Norm Dynamics and Political Change
80. Robert M. Axelrod, The Evolution of Cooperation
81. Charles W. Kegley, World Politics: Trend and Transformation
82. Joseph A. Schumpeter Capitalism, Socialism, and Democracy
83.Ernest Gellner, Nations and Nationalis,
84. Stephen M. Walt, International Relations: One World, Many Theories
85. Robert O. Keohane, Neorealism and Its Critics
87. James C. Scott, Seeing Like a State: How Certain Schemes to Improve the Human Condition Have Failed
88. Elinor Ostrom, Governing the Commons
89. Cynthia Enloe, Bananas, Beaches and Bases: Making Feminist Sense of International Politics
90. Paul Collier, Bottom Billion
91. Jeffry A. Frieden, David A. Lake, International Political Economy: Perspectives on Global Power and Wealth
93. Michael Walzer, Just and Unjust Wars: A Moral Argument With Historical Illustrations
94. Peter J. Katzenstein, The Culture of National Security: Norms and Identity in World Politics
95. Vladimir Ilʹich Lenin, Imperialism, the Highest Stage of Capitalism: A Popular Outline
96.Edmund Burke, Reflections on the Revolution in France
97. Universal Declaration of Human Rights, General Assembly United Nations


Viyana Milli Kitabxanası, Yanvar 2017


Britanyada okutulan Politics başlığı altında İnternational Relations kitabları. Bunlardan yarısını bu 4 ildə oxuyub bitirə bildim. Son olaraq bize üniversitetin ilk ili Nezir hoca tərəfindən Heyvan Çiftliyi və 1984 kitabı oxudulmuşdu. Eyni zamanda birinci siniflərə Machiavelli – Hökümdar kitabı Morgenthau Realizm üzərinə 6 maddəsi əlavə material olaraq oxudulmaqdadı. 4cü sinifdə isə Thomas Kuhnın kitab özeti Kantın Əbədi Barış analizi ve s. Kimi dərs ödevleri semestr içərisində tələbələrə oxudulur.

Political Science or International Relations (United Kingdom/2017)

1.    Scott Burchill ed.,  Theories of International Relations
2.    Robert H.Jackson, Introduction to İnternational Relations
3.    Kennet Waltz,  Theory of International Politics
4.    Edward Said,  Orientalism
5.    Robert H.Jackson,  Introduction to International Relations Theories and Approaches
6.    Alexander Wendt,  Social Theory of International Politics
7.    Chris Brown,  Understanding İnternational Relations
8.    Hedley Bull,  The Anarchical Society a Study of Order in World Politics
9.    Cynthia H Enloe,  Bananas, Beaches & Bases: Making Feminist Sense of International Politics
10.  Alexander Wendt, Anarchy Is What States Make of It: The Social Construction of Power Politics,  İnternational Organization
11.  Robert Jervis,  Perception and Misperception in International Politics
12.  Jill Steans,  International Relations: Perspectives and Themes
13.  Fred Halliday,  Rethinking International Relations
14.  Karl Marx,  The Communist Manifesto
15   Hans J.Morgenthau,  Politics Among Nations; The Struggle for Power and Peace
16   Alan Waren, Political Parties and Party System
17.  John Stuart Mill,  On Liberty
18.  John J. Mearsheimer,.   The False Promise of International Institutions
19.  Carl Von Clausewitz, , On War
20.  Vernon Begdanor,   Devolution


Political Science or International Relations (United Kingdom/2023)
1.        Scott Burchill ed., Theories of İnternational Relations
2.        John Baylis, Steve Smith ed., The Globalization of World Politics: An Introduction to International Relations
3.        Chris Brown,  Understanding International Relations
4.        David Marsh, Gerry Stoker, Theory and Methods in Political Science 
5.        Alexander Wendt, Anarchy Is What States Make of It: The Social Construction of Power
6.        Cynthia Enloe, Bananas, Beaches and Bases: Making Feminist Sense of International Politics
7.        Hedley Bull,  The Anarchical Society a Study of Order in World Politics
8.        Kenneth Waltz,  Theory of İnternational Politics
9.        Hans J.Morgenthau,  Politics Among Nations; The Struggle for Power and Peace
10.    Simon Hix, The Political System of the European Union
11.    Peter Burnham, Research Methods in Politics
12.    Michelle Cini, European Union Politics
13.    Rod Hague, Comparative Government and Politics: An Introduction
14.    Ian Bache, Politics in the European Union
15.    Karl Marx, The Communist Manifesto
16.    Neill Nugent, The Government and Politics of the European Union
17.    Francis Fukuyama, The End of History and the Last Man
18.    Andrew Heywood, Political Ideologies
19.    Helen Wallace, Policy-Making in the European Union
20.    Timothy Dunne, Milja Kurki, Steve Smith, International Relations Theories: Discipline and Diversity
21.    Steve Smith, Ken Booth, Marysia Zalewsk, International Theory: Positivism and Beyond
22.    John J. Mearsheimer, The False Promise of International Institutions
23.    Alexander Wendt, Social Theory of İnternational Politcs
24.    David Campbell, Writing Security: United States Foreign Policy and the Politics of Identity
25.    Cynthia Weber, International Relations Theory: A Critical Introduction
26.    Jill Steans, Gender and International Relations: Issues, Debates and Future Directions
27.    Alan Bryman, Social Research Methods
28.    Robert O. Keohane, After Hegemony: Cooperation and Discord in the World Political Economy
29.    Samuel P. Huntington, The Clash of Civilizations?
30.    Benedict Anderson, Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism
31.    Gary King, Designing Social Inquiry: Scientific Inference in Qualitative Research
32.    Steven Lukes, Power
33.    Walter Carlsnaes, Thomas Risse-Kappen, Beth A. Simmons Handbook of International Relations
34.    Robert W. Cox Social Forces, States and World Orders: Beyond International Relations Theory
35.    Arend Lijphart Patterns of Democracy
36.    Andrew Heywood, Global Politics
37.    Jenny Edkins, Maja Zehfuss, Global Politics: A New Introduction
38.    Jan Aart Scholte, Globalization: A Critical Introduction
39.    Edward W. Said, Orientalism
40.    Robert O. Keohane, Power and Interdependence
41.    Thomas Hobbes, Leviathan
42.    John J. Mearsheimer, The Tragedy of Great Power Politics
43.    David Boucher, P. J. Kelly, Political Thinkers: From Socrates to the Present
44.    Robert O. Keohane Neorealism and Its Critics
45.    John Ravenhill, Global Political Economy
46.    Edward Hallett Carr, The Twenty Years' Crisis, 1919-1939: An Introduction to the Study of International Relations
47.    Paul Q. Hirst, Globalization in Question: The International Economy and the Possibilities of Governance
48.    Kenneth N. Waltz, Man, the State, and War
49.    Mary Kaldor, New and Old Wars: Organized Violence in a Global Era
50.    Joseph M. Grieco, Anarchy and the Limits of Cooperation: A Realist Critique of the Newest Liberal Institutionalism
51.    R. B. J. Walker, Inside/Outside: International Relations as Political Theory
52.    Colin Hay, Political Analysis
53.    Martha Finnemore, Kathryn Sikkink, International Norm Dynamics and Political Change
54.    Robert O.'Brien, Robert O.’Brien, Marc Williams, Global Political Economy: Evolution and Dynamics
55.    Georg S.ørensen, Introduction to International Relations: Theories and Approaches
56.    Andrew Heywood, The European Union as a Global Actor
57.    David Held, Global Transformations: Politics, Economics and Culture
58.    Susan Strange, States and Markets
59.    Tim Bale, European Politics: A Comparative Introduction
60.    Frantz Fanon, The Wretched of the Earth
61.    David Held, Models of Democracy
62.    Robert D. Putnam, Diplomacy and Domestic Politics: The Logic of Two-Level Games
63.    Nicholas J. Wheeler, Saving Strangers
64.    Anthony McGrew, Global Transformations Reader an Introduction to the Globalization Debate
65.    Amartya Sen, Development as Freedom
66.    Michael W. Doyle, Liberalism and World Politics
67.    Ted Hopf, The Promise of Constructivism in International Relations Theory
68.    Emanuel Adler, Seizing the Middle Ground
69.    Sandra Halperin, Political Research: Methods and Practical Skills


Bunlara da baxın..

1.Gray Matter, What a million syllabus can teach us New York Time, June 2016.
(http://nyti.ms/2vSdCW8)
2. These are the books students at the top US colleges are required to read 
(http://bit.ly/2jurmwV)
3. Christopher Ingraham, What Ivy League students are reading that you aren’t, Washington Post, February 2016. http://wapo.st/2wUdd2e
4. Open Syllabus Project https://www.opensyllabus.org/

1 Ocak 2017 Pazar

Erasmus: Bratislava

1.Eksiklikler
2.Ulaşım mücadelesi
3.Ibadet ve Cuma namazı
4. Eğitim mücadelesi
5.Yabancı Polis – oturum izni
6. Eğlence ve sonuç

Eksiklikler



Mlyny - Eski Çekoslovakiyanın en büyük yurdu


Ulaşım



Dobravny Podnik Bratislava - İSİC kartınıza ulaşım için ücreti buradan ödeyeceksiniz. (3 ay 36euro)




İbadet ve Cuma namazı

Cordoba Culture Center - Vaaz üç dilde yapılmakta; Arapça, İngilizce ve Slovakça


Eğitim Mücadelesi

Leadership Master Dersi - Owen Fernandes kendisi fotorafi çektiği için yok)



















İn

Yabancı Polis – oturum izni

Yabancı Polis - yan taraf ormanlık alan










1 Kasım 2016 Salı

Kitab Yayınlama Sənəti: Bir yazar Üç kitab Üç yayınevi

Vallah yazmayım,yazmayım deyirəm ancaq hər dəfə də gördükcə əsəbləşirəm....Facebookda yazacaq qədər kiçik olmadığı üçün burada bloqumda yazmağa qərar verdim....Həmişə yorğun olanda yatmağa doğru edəcək bir şey olmayanda girirəm internetdə kitap mağazalarına baxıram; tanımadığım kitablar haqqında ən azından təsəvvürüm, ümumi məlumatım olsun deyə..Ön sözünə, kitabın arxasına, üz qabığına baxmaq – kitab haqqında pozitiv və ya negativ düşünməyimə, məlumatlanmağıma səbəb olur.Ancaq bizim kitablara baxanda cinlərim təpəmə çıxır...Ay balam bu kitabı yayınlayırsan- o yayınevində düz əməlli adam yoxdu ki, bunu oxuyub, önsöz- bu cəhənnəm kitabın arxasına əsərlə bağlı vikipedik məlumat versin? Kitabın bilmirəm neçənci səhifəsindən götürüb iki cümləni – bir abzası yazır, olur bu da sənə məlumat..Sırf iki yarmarkada baxdığım üç-dörd kitabı geri yerinə qoymuşam ki, başa düşmədim orda nə deyilir deyə..


Daha da əsəbləşməyim deyə qərara verdim ki bunu başqalarıylada paylaşmaq lazımdır..Ancaq doğru bilgiyə sahib olum deyə də getdim üç saytda, iki yazarın, üç fərqli kitablarına baxdım..Sən demə online-kitab səhifələri də öz başına məlumat verirmiş – Əgər kitabın arxasında nəsə varsa o götürülüb yazılar yoxdursa da etik olaraq boş buraxılar...Başlayaq birinci yazar Yusif Vəzirin kitablarından..O yarmarkalarda məni əsəbləşdirən kitablar arasındaydı iki romanı da – məlumat üçün əlimə alıb oxuyuram; xoruz elə-xoruz belə, kitabdan iki-üç cümləni copy-paste edib arxasına məlumat adıyla sırımışdırlar..(ümid edirəm yadımdaki kimidi)

Bir misal göstərim baxın.. Çəmənzəminli - (Hədəf yayınları) Kitabın adı Qızlar bulağı - kitabın üzərində Xoruz şəkli var..Kitabın arxasına məlumat kitabdan götürülmüş cümləylə - aslanla başlayır..Həkim baba yayınevi burada nə demək istəyir? Həkim baba: Qız. xoruz, aslan?? Hmm…Buna Kitabklubu web səhifəsində baxmışdım elə yadımdadır ki kitabın arxasındaki bilgi də bu cür olmalıydı.. Kitabevim web səhifəsi də bizi eyni məlumatla qarşılayır...Sonra dedim ki bəlkə mən səhvəm girdim yayın evinin rəsmi səhifəsinə gördüm ki orada o lənətə gəlmiş vikipedik məlumatı veriblər...Ancaq Hədəf Nəşrləri adam ağıllı bir şey yazıb – ancaq veb səhifəsində- xatırladığım qədəri ilə kitabın arxasındakı bu deyil idi..Ona görə də online-kitab səhifələrini tam olaraq günahlandırmıram...

Üç rəsmi web səhifəsi  -    və   Yusif Vəzirin 3 kitabı

1. Kitab klubu                            1. Qızlar Bulağı
2. Kitabevim                              2. İki Od arasında
3. Hədəf Nəşrləri..                     3. Qumarbazın Arvadı

Birinci Kitabı – Qızlar Bulağı – üç fərqli veb səhifəsindəki tanıtımı

Kitab klubu; Kitabevim; Hədəf Nəşrləri (sırasıyla)

1.''Şəhər darvazasının ağzında bir aslan heykəli var idi.Bu, Həmədanınhimayəçisidir.Bunun üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi. Ağ və gözəl xoruz idi. Bu xoruzu tanıyıb heyrət etdim, Jinduqtun idi, üç gün əvvəl itmişdi. Xoruza yanaşdım, heç də ürkməyərək qucağıma atıldı. Bağrıma basdım, bərabərcə yola düşdük...''

2.Şəhər darvazasının ağzında bir aslan heykəli  var idi.Bu, Həmədanın himayəçisidir.Bunun üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi.

3.Əsərdə qədim İran qəbilələrinin həyatı canlandırılır, atəşpərəstlər dövründə mövcud olan ənənələrdən bəhs olunur. Yazıçı təxəyyülünün məhsulu olan bu kitabda dinlərə və xalqların həyatına aid fəsləfi fikirlər də yer alıb. “Qızlar bulağı” oxucular üçün fərqli bir mütaliə nümunəsi sayıla bilər.

İndi deyin görüm burada günah kimdədi? Hansı məlumat daha çox normal bilgi verir? Kitab təkcə bir yayın evindən çıxıb ona görə də ortaq bir şey olmalıydı...Əgər bu kitabın özündə var isə niyə kitab mağazaları öz başına şeylər yazır-..Yox əgər kitabın arxasında Hədəfin web səhifəsində yazıldığı kimi deyilsə ən azından rəsmi səhifəni izləyib, doğru bilgi vermək daha normal olmazdı mı ya da Hədəf Nəşrləri əgər satışdakı köhnə nəşrdir deyə öz saytında yeni məlumat verirsə niyə öncəlikli olaraq, bunla bağlı bilgini onlara vermir..


İkinci kitab – İki Od Arasında

Kitabklubu - Kitabevim-az - Hədəf (sırasıyla)

1."Iki od arasında" (Qan içində) romanından:
Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir. Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub, onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır, çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır:

Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açsa,
Bu çobanın...                   Və daha da uzayıb gedir…

2) "Bu əsər yazıçının ən bitkin romanlarından biri olduğu kimi, həm də tarixi, adət və ənənələri, inam və etiqadları, sınaq və yozumları, ayin və mərasimləri çox yaxşı bilən folklorçu, tarixçi, etnoqraf, şərqşunas alimin bütün müşahidə və tədqiqlərinin kiçik həcmli qamusudur."

3) Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. Bu əsər Hədəf Nəşrləri tərəfindən təkrar olaraq, “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində nəşr edilib.

Ancaq burada kitabklubundakı Avrasya yayınlarında çıxmış kitab hər üçü haqqında normal məlumat verir – (http://kitabklubu.org/ceminzeminli-yusif-vezir-eserleri-uc-cildde-ii-cild.html)

Yazı gərəksiz uzun oldu (ancaq gərəksiz yerə yazılmayıb) ona görə də üçüncü kitabı və əvvəlcə fikrimdə yazmağı da tutduğum Əsəd bəyin kitablarının qarşılaşdırmasını etməyəcəm..Bu ciddi texniki problemdi..Durduq yerdə yazmıram..Hələ heç yayın evlərinin El Ceymsin axmaq kitablarını tərcümə edəcək qədər bekar şəkildə populyar kültürü izləməsini heç deməyəcəm.(erotik kitab istəyirsiniz deyin araşdıraq normal bir şey tapıb verək)..Onun yerinə bu tərcümə edən adamların ən azından məlumatlarını kitabın içərisində qeyd edin..Bilirsiz Türkiyədə tərcümə edən şəxsin nə qədər dəyərli olduğunu, hətta bəzən kitabın belə deyil, tərcüməçinin sayəsində kitabın satıldığını? Cavab Yox isə Talat Sait Halmanı araşdırın...Kitab yayınlamaq- üz qabığı, keyfiyyəti əslində bir sənətdir və o kitabın satış miqdarını da müəyyən edər...KitabKlubunun yenicə 2016ci ildə yayınladığı Əsəd bəyin kitabı – Məhəmməd.Son peygəmbər kitabının niyə 100 tirajla etdiyini soruşun – oxuyucu məsələsi tək başına cavab deyil! Sizə şiddətlə tövsiyə edirəm Türkiyədki İletişim yayınlarının özəlliklə rus ədəbiyyatı tərcümlərinə (gənəldə Ergin Altay tərəfindən edilir) baxın..Nəşrlərdə ön söz, xronologiya , kitaba dair vaxti ilə çıxmış şəkillər, rəsmlər və son söz kimi əlavələr edilərək, kitabı kolleksiya edəcək vəziyyətə gətirirlər..Mən isə Yusif Vəzirin bu kitablarını hər dəfə əlimə alıb, sonra geri qoyuram..Yoxsa iki il əvvəl artıq oxuyub, qurtarmalı idim..Xoruz elə getdi, belə gəldi kimi yazmaq daha doğrudur yoxsa iran-atəşpərəstlik-dinlərlə bağlı olduğu yazılması mı..Çobanla-köpəyi elə getdi demək daha doğrudur yoxsa 11 il əvvəl Avrasya yayınlarından çıxdığı kimi Qızlar Bulağının  ilk tarixi-fəlsəfi roman olduğu, İki Od Arasındanın Molla Pənaf Vaqifin həyatından danışıldığını demək...