İki gün əvvəl Milli Məclisin
Sədri Oqtay Əsədov parlamentdə əsgərlikdən yayınmalarla bağlı qanun layihəsini
gündəmə gətirib.Oqtay Əsədov beş min tələbənin lazımsız təhsillə diplom almaqla
məşğul olduğunu bildirib Və Milli Məclis
sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət
Əsgərov də dedi ki xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara
möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açıb. Ve Sonradan
Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən
aldıqları diplomları tanımaqdan imtina edib.1 Və buna
görə də qəbul oluna biləcək qanuna görə dövlətin seçəcəyi üniversitetləri
tərcih etməyənlər məcburi olaraq əsgərə götürüləcək.
Azərbaycanda
üniversitet səviyyəsində təhsil, giriş şərtləri həm çətin həm də üniversitetdə
təhsil prossesi sıxıntılı olması ilə əlaqəli olaraq, yenə həm daha
yaxşı təhsil və daha yaxşı standartlarda işə qəbul üçün tələbələr xaricə
oxumağa yönəlirlər..Əlbəttə ki, şagirdlər dil məsələsi və 18 yaş sərhərdi
olması ilə bağlı olaraq ilk baş vurduqları Türkiyədəki üniversitetlər olur.Əsas
səbəb isə..
- Birincisi Azərbaycanda təhsilin problemli olması (rüşvət və üniversitet
həyatı)
- İkincisi Azərbaycanda ödənişli olaraq qazanacaqları üniversitetdə
ödəyəcəkləri yüksək məbləğ
- Üçüncüsü xaricdəki üniversitetlərin daha ixtisaslı tələbələrin
yetişdirməsi
- Dördüncüsü
bu bilgiləri gec əldə etdiyi (ingilis dili problemi) , əsgərlik üçün 18
yaş sərhəddi və ödəmə gücləri limitli olduğu üçün böyük ölçüdə məcburi olaraq
yönəldikləri Türkiyə üniversitetləri və s.
Dördüncü səbəb
ən önəmlisi olduğu üçün Türkiyəyə yönələn tələbələr başvuracaqları
üniversitetdə konjentan sərhəddi ilə qarşılaşırlar.Türkiyəyə qəbul üçün
- Birinci olaraq 2007-2015 Dövlət programı il
- İkinci olaraq ÖSYM qoyduğu şərtlərlə ( YÖS SAT və
beynəlxalq keçərliliyi olan)
2012 ilinə qədər ÖSYM mərkəzli imtahan
2012 ilinə qədər olan TCS
2012 sonrası üniversitetlər mərkəzli YÖS
imtahanı
- Üçüncüsü isə atestatla
Yenə birinci olaraq, qəbul şərtləri çətin olan 2007-2015
dövlət programı içərisində Türkiyəyə 24 üniversitetlə limitlənib3.Üstəgəl 2016 dəyişikliyi ilə xaricə dövlət
programında sosyal elmlər yox dərəcəsinə qədər endirilib.Analistlərimiz bu
bölümlərdə ideolojiləşmə, həqiqətdən yönəlmə, təsir altına düşmə ilə analiz
edirlər.İkinci olaraq (tanınırlığı üçün) ÖSYM mərkəzli olan imtahan 2010 ilində
qaldırılıb.Öhdəliklər isə Türkiyədəki üniversitetlərə buraxılıb.Üçüncü olaraq
bununla paralel olan yenə burslu qazana biləcəyimiz Türk Cumhuriyyətləri ilə
Türk və Akraba Toplulukları (TCS) imtahanı 2012 ilində ləğv edildi.2 Yuxarıda
göstərdiyim İngilis dili və 18 yaş sərhəddi problemi bunlarla birlikdə yenə
Türkiyəyə yönəlməyə məcbur edir.Buna görə də bu qoyulan limitlər (24
üniversitet və s.) onsuzda kontenjan problemi ilə qarşılaşan tələbələri
(ümumi olaraq hər bölümə 1-4 sayıda) başqa üniversitetlərə yönəlmələrinə səbəb
olur.Yenə bu üniversitetlər imtahanlarla qəbul sonrasında və ya
xarici tələbə kontenjanı doldurmaq istədiyi üçün atestat ilə qəbul edirlər.
Türkiyədə 160’ın
üzərində üniversitet var və bu üniversitet kontenjan sərhəddi
problemi tələbələrin daha düşük prestijli üniversitetləri seçməsinə səbəb
olur.Bəs parlamentdə nə deyirlər
- Oqtay Əsədov: Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə
yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də
möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək
çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın
qarşısı alınmalıdır”.
- Sabir
Rüstəmxanlı: Bu da bir reallıqdır ki, 17-18 yaşlı gənclər gedib, orada
xarici təsir altına düşürlər. Azərbaycana qayıdanda psioxoloji cəhətdən
dəyişilmiş olurlar. Onların Vətənlə, Azərbaycanla bağlılığı itir. Bu dəyişiklik
bir sıra hallarda müsbət, eyni zamanda mənfi olur. Orada dini və bir sıra başqa
qrupların təsiri altına düşürlər. Xaricdə təhsil məsələsi çox
ciddi şəkildə nizamlanmalıdır. Oqtay müəllimin fikri işin ziyanına yox,
xeyrinədir”.
- Musa Qasımlı: “Biz bir məsələni təhlil etməliyik ki,
dövlət büdcəsindən xaricə təhsil almaq üçün göndərilənlərin neçə faizi ölkəmizə
dönür. Xaricə gedən gənclərə fərqli münasibət bəslənir və geri döndükdə isə bir qismi dövlətə münasibətdə tamamilə fərqli mövqe tuturlar. Bir tələbənin xaricdə təhsil alması
üçün xərclənən vəsaitlə bir pofessoru öz universitetlərimizdən birinə dəvət edə
bilərik. Bununla da bir professordan yüzlərlə tələbə yararlanar. Bu gün əgər
Azərbaycan ordusu 5 min gənci öz sıralarına qəbul etmirsə, bu vətənimizin
müdafiəsinə mənfi təsir edir...''
İndi isə
parlamentdə millətvəkilləri tələbələrin haqqları olan üniversitetə qəbul ilə
(Türkiyə, Ukrayna və s.) bu haqqlarını sərhədləməyə çalışırlar.Dövlət
programında ayrı seçkilik edilərək sosyal bilimlərin çıxardılması,Oqtay Əsədovun dediyi
xaricdə təhsilin sərhədlənməsi yenə millətvəkili Sabir Rüstəmxanlının, Musa Qasımlı ve onlar kimi düşüncədə
olan millətvəkilləri məntiqi əsası olmayan, paranormal açıqlamaları4 onsuzda
ölkədə problemli olan demokratiya və qəbul edilmiş haqqları daha da pis
vəziyyətə gətirir.Üstəgəl bu açıqlamaları ilə şəxsi həyata müdaxilə edirlər.
Qanun qəbul edilərsə böyük ehtimalla Türkiyədəki bu
160 üniversiteti də limitləyəcək.Və yenə qabul ediləcək qanuna görü müəyyən
üniversitetə qəbul ola bilməyənlər əsgərlikdən yayına bilməyəcək. Təməldə
əsgərlik yaşının 18 olması və uzadıla bilməyən təhsil - ölkəyə əsaslı
problemlərlə gətirməsinə baxmayaraq - atəşkəs şəraitində
yaşanmasına bağlanılır. Bunu qəbul etmək lazımdır ki, sərhədimiz olan
dövlətlərdən Rusya İran və Türkiyədən çox zəifik.Üstəgəl Ermənistanın Rusya ilə
olan hərbi anlaşması – ona müharibə ediləcək olana savaş açmaq- ilə
mübarizəni ancaq təhsil və rəfah ilə apara bilərik.Ancaq gerçəkdən ölkənin
gələcəyi üçün narahat olanlar anlamalıdırlar ki, dövlətin qoyduğu bu
sərhədlərlə öz pulları ilə üniversitet oxuyanlar əsgərliklə qarşısı alındığında
magistr və s. qazanma təhsil həyatından qopduğu üçün daha da
çətinləşir.Gətirilə biləcək olan qanunla da işləri daha da çətinləşdirmək həm
antidemokratiktir və həm də demək olar ki inkişaf üçün problem olacaq
Mənbə
1 Xaricdə Təhsil alan tələbələrə əsgərkikdən möhlət hüququ , L,ent.az http://news.lent.az/news/204190
2. Yös,
TCS Ve YÇS ile ilgili merak edilenler , Metropol Kurumları http://bit.ly/1LUgjEE
3. 24 Ünivesitet limiti Xaricde
Təhsil http://bit.ly/1PVlXg0
4 Deputatlardan spikerden xaricde telebelerle bağlı fikrine reaksiya http://bit.ly/1HCUjL7