Dünyada heç də yaxşı hadisələr baş vermir. Gələcəyimiz
yaxşıya doğru irəliləmir. Sadəcə can güvənliyimizin olmadığı, terrorun əsas
olduğu siyasi problemləri deyil, son oxuduğum kitabla birlikdə sistemik
problemləri də hiss etməyə başlamışam. Ekolojik, qida, həddindən çox istehlak və
s. Bir film izlədim
yenicə. Eşqlə müharibənin iç-içə olduğu bir film. Bosnadakı hadisələri göstərirdi.Avropanın
tam ortasındakı qətliam....İç işlərinə qarışmamaq və görməməzlikdən gəlmək..Sərhədləri
bağlamaq və digərlərini xor görmək...Canımızın bir dəyəri yoxdu....Dünyanı
olduğu kimi mi qəbul etməliyik yoxsa bir yerdən qarşı çıxmağa mı başlamalıyıq...Dünyanın
bir ucundakı Japoniyadakılar kimi səssiz və rahat ola bilməyi hiss etməyə ya da
Norveçdəkilər kimi sakit otağımda bunları görməməzlikdən gəlməyə çalışıram....Hər
birimiz üçün mütləq bir son var..Hardan və nə zaman gələcəyi bəlli olmayan....Mənim
üçün eşq kimi bir şeydi bu son..Birisi keçmişdə qaldı,digəri isə önümdə bir
yerlərdə durur...İkisi üçün də hiss etdiyim və keşke dediyim ortaq bir duyğu
var..İkisi də ‘’keşke hazır olduğum zamanda gəlsəydi və gəlsə’’..Birinci keşke
ötüb-keçmiş zamanın heyiflənilməsi,ikinci isə gələcəyə doğru bir ümid..Ümid
olmadan olmaz..Çünki hədəflərimiz var..Çünki ümidlərimiz var..Bu ikisi arasında
isə incə bir xətt var. Və bu xəttin üzərində xəyal etdiyimiz şeylər var- Arzular...Arzular,
ümid etdiyimiz hədəflərə gedən yolda ötüb keçdikdən sonra keşke dediyimiz
duyğular...Hədəflərimiz, bu xətt üzərində irəlilədikcə gerçək ola biləcək olan
şeylərdir...Bu adına arzu dediyiniz istəklərimiz, o xətt üzərində xəyalən yerləşdirdiyimiz
və gerçəkləşəcəyini bilmədiyimiz hisslərimizdir.Bu həm keçmişlə bağlıdır həm gələcəklə..Və
ya bu ikisinin harmoniyasından ibarətdir..
Dünyadakı hadisələr əslində Adəmin günahi işlədikdən
sonra o günahın cəzasını öyrəndiyi o andakı peşmançılığını hiss etməsi kimidir.
Geriyə dönüş yoxdu..Olmalıydı və oldu..Artıq minlərlə il keçib..Və zaman, bizi
arxamızdan itəliyərək önümüzdəki sona doğru yaxınlaşdırır.Bu istər siyasala
uyğun müharibə ilə gələn son olsun, istərsə
də sistemin strukturuna görə baş vermiş ekolojik bir son olsun...Problem bunu
olduğu kimimi qəbul edəcəyik, yoxsa qarşımı çıxacağıqdır.
That is a main question! Bəs normatif olan yəni əxlaqi olan şey nədir. Əsas
problem deyir koministlər, susadığın zaman suyu deyil,meyvə şirəsini istəməkdir...Ehtiyac
vardır,saxta ehtiyac və ehtiyac olduğunu hiss etdiyimiz saxta ehtiyaclar
vardır.Mağaradakı adamın ehtiyacları ilə tatmin (satisfied) olmuruq və bu
istehlakçı çılğınlıq bizi böyük sona yaxınlaşdırır...Mənim əslində normatif
olaraq sorğuladığım duyğularımızdır.Daha doğrusu duyğularımız (və xəyallarımız)
və fərqindəliyimiz arasındakı əlaqə...Rodion Romanoviç insanları sıradan və
misyonu olan insanlar deyə ikiyə ayırır. Yəni fərqində olmadan rolumuzu
oynayarkən bəzilərimizin aramızdan ayrılaraq, bu gerçəyi dərk edir..Bu adına
homo gerçəkius deyə biləcəyimiz insan, eşqləri,duyğuları,həyəcanları və xəyal
qurmağı hiss etməyə haqqı varmıdır? Əgər varsa bu
Oblomovluq deyil mi? Oblomovluğu negativ bir şeymiş kimi
görürük....Filmlərdə gerçəyin fərqinə varan qəhrəmanlar duyğularını, eşqlərini
bir kənara qoyaraq, dünyanı qurtarmağa çalışır və təsadüfən də bu qurtarış üçün
lazimi ehtiyaclara yavaş-yavaş sahib olur.Ancaq gerçəklik filmlərdəki kimi
deyil və ananızın sizə dediyi kimi yeddi milyardda birsən,edəcək heç bir şeyin
yoxdur..Bunu düşünmək Oblomov kimi eşqi hiss etməyə,həyatı yaşamağa səbəbiyyət
verir.Ancaq bunu 1/7milyard deyil, 1/1 kimi düşünməyə başlayarkən isə
psixolojik problemlər ortaya çıxar....Dünyanı qurtarmaq və ya Oblomov olmaq.
Daha doğrusu doğrunun fərqində olmaq və ya bəlkə də gerçək olmayacaq olan bu xəyali
duyğuları yaşamağı hiss etmək..Kiçik paradoks kimi görünən bu gəl-getlərin mərkəzində
cavabını verəcəyimiz sadəcə bir gerçəklik var. O da ‘’insan’’ olduğumuzdur..Biz
o, anlıq ilk günahi işlədən negativliyə və yüzlərcə il bunu yaxşılıq edərək ödəməyə
çalışdığımız pozitivliyə sahibik..Tam olaraq bilmirəm ancaq yəqin ki, cavab sadədir.İkisini
bir-birinə uyğunlaşdıraraq yaşamaq. Dünyanı qurtarmaq yerinə əvvəlcə özümüzü və
sıradaki insanları qurtarmaq və Oblomovluq etmək yerinə duyğuları və eşqləri
bundan ayıraraq, ilkinci ilə birləştirərək yaşamaq...(Bax görürsünüz yenidən başa
döndük. ‘’Dünyanı olduğu kimi mi qəbul etməliyik yoxsa bir yerdən qarşı çıxmağa
mı başlamalıyıq? Normatif olan hansıdır?’’ )
(Sevgiliyə yazılmış məktub) Rasul Almammadov – 07:22, 30 Iyun 2016