Vallah yazmayım,yazmayım deyirəm ancaq hər dəfə də gördükcə əsəbləşirəm....Facebookda yazacaq qədər
kiçik olmadığı üçün burada bloqumda yazmağa qərar verdim....Həmişə yorğun olanda yatmağa doğru edəcək bir şey
olmayanda girirəm internetdə kitap mağazalarına baxıram; tanımadığım kitablar haqqında ən azından təsəvvürüm, ümumi
məlumatım olsun deyə..Ön sözünə, kitabın arxasına, üz qabığına baxmaq – kitab haqqında
pozitiv və ya negativ düşünməyimə, məlumatlanmağıma səbəb olur.Ancaq bizim
kitablara baxanda cinlərim təpəmə çıxır...Ay balam bu kitabı yayınlayırsan- o
yayınevində düz əməlli adam yoxdu ki, bunu oxuyub, önsöz- bu cəhənnəm kitabın
arxasına əsərlə bağlı vikipedik məlumat versin? Kitabın bilmirəm neçənci səhifəsindən
götürüb iki cümləni – bir abzası yazır, olur bu da sənə məlumat..Sırf iki
yarmarkada baxdığım üç-dörd kitabı geri yerinə qoymuşam ki, başa düşmədim orda nə
deyilir deyə..
Daha da əsəbləşməyim deyə qərara
verdim ki bunu başqalarıylada paylaşmaq lazımdır..Ancaq doğru bilgiyə sahib
olum deyə də getdim üç saytda, iki yazarın, üç fərqli kitablarına baxdım..Sən demə
online-kitab səhifələri də öz başına məlumat verirmiş – Əgər kitabın arxasında nəsə
varsa o götürülüb yazılar yoxdursa da etik olaraq boş buraxılar...Başlayaq
birinci yazar Yusif Vəzirin kitablarından..O yarmarkalarda məni əsəbləşdirən
kitablar arasındaydı iki romanı da – məlumat üçün əlimə alıb oxuyuram; xoruz elə-xoruz belə, kitabdan iki-üç cümləni copy-paste edib arxasına məlumat adıyla
sırımışdırlar..(ümid edirəm yadımdaki kimidi)
Bir misal göstərim baxın.. Çəmənzəminli - (Hədəf yayınları) Kitabın adı Qızlar
bulağı - kitabın üzərində Xoruz şəkli var..Kitabın arxasına məlumat kitabdan
götürülmüş cümləylə - aslanla başlayır..Həkim baba yayınevi burada nə demək istəyir?
Həkim baba: Qız. xoruz, aslan?? Hmm…Buna Kitabklubu web səhifəsində baxmışdım elə
yadımdadır ki kitabın arxasındaki bilgi də bu cür olmalıydı.. Kitabevim web səhifəsi də
bizi eyni məlumatla qarşılayır...Sonra dedim ki bəlkə mən səhvəm girdim yayın
evinin rəsmi səhifəsinə gördüm ki orada o lənətə gəlmiş vikipedik məlumatı
veriblər...Ancaq Hədəf Nəşrləri adam ağıllı bir şey yazıb – ancaq veb səhifəsində- xatırladığım qədəri ilə kitabın arxasındakı bu deyil idi..Ona görə də
online-kitab səhifələrini tam olaraq günahlandırmıram...
Üç rəsmi web səhifəsi - və
Yusif Vəzirin 3 kitabı
1. Kitab klubu 1. Qızlar Bulağı
2. Kitabevim 2. İki Od arasında
3. Hədəf Nəşrləri.. 3. Qumarbazın Arvadı
Birinci Kitabı – Qızlar Bulağı
– üç fərqli veb səhifəsindəki tanıtımı
Kitab klubu; Kitabevim;
Hədəf Nəşrləri (sırasıyla)
1.''Şəhər darvazasının ağzında bir aslan heykəli var idi.Bu, Həmədanınhimayəçisidir.Bunun
üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə,
bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində
gözümə bir xoruz dəydi. Ağ və gözəl xoruz idi. Bu xoruzu tanıyıb heyrət etdim,
Jinduqtun idi, üç gün əvvəl itmişdi. Xoruza yanaşdım, heç də ürkməyərək
qucağıma atıldı. Bağrıma basdım, bərabərcə yola düşdük...''
2.Şəhər
darvazasının ağzında bir aslan heykəli var idi.Bu, Həmədanın himayəçisidir.Bunun
üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə,
bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində
gözümə bir xoruz dəydi.
3.Əsərdə
qədim İran qəbilələrinin həyatı canlandırılır, atəşpərəstlər dövründə mövcud
olan ənənələrdən bəhs olunur. Yazıçı təxəyyülünün məhsulu olan bu kitabda dinlərə
və xalqların həyatına aid fəsləfi fikirlər də yer alıb. “Qızlar bulağı” oxucular
üçün fərqli bir mütaliə nümunəsi sayıla bilər.
İndi deyin görüm burada günah kimdədi? Hansı məlumat daha çox normal bilgi verir? Kitab təkcə bir yayın evindən çıxıb ona görə də ortaq bir şey olmalıydı...Əgər
bu kitabın özündə var isə niyə kitab mağazaları öz başına şeylər yazır-..Yox əgər
kitabın arxasında Hədəfin web səhifəsində yazıldığı kimi deyilsə ən azından rəsmi
səhifəni izləyib, doğru bilgi vermək daha normal olmazdı mı ya da Hədəf Nəşrləri
əgər satışdakı köhnə nəşrdir deyə öz saytında yeni məlumat verirsə niyə öncəlikli
olaraq, bunla bağlı bilgini onlara vermir..
İkinci kitab –
İki Od Arasında
Kitabklubu
- Kitabevim-az - Hədəf
(sırasıyla)
1."Iki od arasında"
(Qan içində) romanından:
Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin
deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin
caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir.
Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub,
onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu
şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır,
çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd
dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı
anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır:
Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açsa,
Bu çobanın... Və daha da uzayıb gedir…
2) "Bu əsər yazıçının ən bitkin romanlarından
biri olduğu kimi, həm də tarixi, adət və ənənələri, inam və etiqadları, sınaq və
yozumları, ayin və mərasimləri çox yaxşı bilən folklorçu, tarixçi, etnoqraf, şərqşunas
alimin bütün müşahidə və tədqiqlərinin kiçik həcmli qamusudur."
3) Romanında məşhur şair Molla Pənah
Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın
siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. Bu əsər Hədəf Nəşrləri tərəfindən
təkrar olaraq, “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində nəşr edilib.
Ancaq burada kitabklubundakı Avrasya yayınlarında
çıxmış kitab hər üçü haqqında normal məlumat verir – (http://kitabklubu.org/ceminzeminli-yusif-vezir-eserleri-uc-cildde-ii-cild.html)
Yazı gərəksiz uzun oldu (ancaq gərəksiz yerə
yazılmayıb) ona görə də üçüncü kitabı və əvvəlcə fikrimdə yazmağı da tutduğum Əsəd
bəyin kitablarının qarşılaşdırmasını etməyəcəm..Bu ciddi texniki
problemdi..Durduq yerdə yazmıram..Hələ heç yayın evlərinin El Ceymsin axmaq
kitablarını tərcümə edəcək qədər bekar şəkildə populyar kültürü izləməsini heç
deməyəcəm.(erotik kitab istəyirsiniz deyin araşdıraq normal bir şey tapıb verək)..Onun
yerinə bu tərcümə edən adamların ən azından məlumatlarını kitabın içərisində
qeyd edin..Bilirsiz Türkiyədə tərcümə edən şəxsin nə qədər dəyərli olduğunu,
hətta bəzən kitabın belə deyil, tərcüməçinin sayəsində kitabın satıldığını? Cavab Yox isə Talat Sait Halmanı araşdırın...Kitab yayınlamaq-
üz qabığı, keyfiyyəti əslində bir sənətdir və o kitabın satış miqdarını da müəyyən
edər...KitabKlubunun yenicə 2016ci ildə yayınladığı Əsəd bəyin kitabı – Məhəmməd.Son
peygəmbər kitabının niyə 100 tirajla etdiyini soruşun – oxuyucu məsələsi tək
başına cavab deyil! Sizə şiddətlə tövsiyə edirəm Türkiyədki İletişim
yayınlarının özəlliklə rus ədəbiyyatı tərcümlərinə (gənəldə Ergin Altay tərəfindən
edilir) baxın..Nəşrlərdə ön söz, xronologiya , kitaba dair vaxti ilə çıxmış şəkillər, rəsmlər və son söz kimi əlavələr edilərək, kitabı kolleksiya edəcək vəziyyətə gətirirlər..Mən
isə Yusif Vəzirin bu kitablarını hər dəfə əlimə alıb, sonra geri qoyuram..Yoxsa
iki il əvvəl artıq oxuyub, qurtarmalı idim..Xoruz elə getdi, belə gəldi kimi
yazmaq daha doğrudur yoxsa iran-atəşpərəstlik-dinlərlə bağlı olduğu yazılması
mı..Çobanla-köpəyi elə getdi demək daha doğrudur yoxsa 11 il əvvəl Avrasya
yayınlarından çıxdığı kimi Qızlar Bulağının ilk tarixi-fəlsəfi roman olduğu, İki Od Arasındanın Molla Pənaf Vaqifin həyatından danışıldığını demək...