31 Mayıs 2015 Pazar

Xaricdə Təhsil üçün gətirilə biləcək olan qanun haqqında

İki gün əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov parlamentdə əsgərlikdən yayınmalarla bağlı qanun layihəsini gündəmə gətirib.Oqtay Əsədov beş min tələbənin lazımsız təhsillə diplom almaqla məşğul olduğunu bildirib Və Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov də dedi ki xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açıb. Ve Sonradan Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib.Və buna görə də qəbul oluna biləcək qanuna görə dövlətin seçəcəyi üniversitetləri tərcih etməyənlər məcburi olaraq əsgərə götürüləcək.

Azərbaycanda üniversitet səviyyəsində təhsil, giriş şərtləri həm çətin həm də üniversitetdə təhsil prossesi sıxıntılı  olması ilə əlaqəli olaraq, yenə həm daha yaxşı təhsil və daha yaxşı standartlarda işə qəbul üçün tələbələr xaricə oxumağa yönəlirlər..Əlbəttə ki, şagirdlər dil məsələsi və 18 yaş sərhərdi olması ilə bağlı olaraq ilk baş vurduqları Türkiyədəki üniversitetlər olur.Əsas səbəb isə..
  
     -  Birincisi Azərbaycanda təhsilin problemli olması (rüşvət və üniversitet həyatı)
    - İkincisi Azərbaycanda ödənişli olaraq qazanacaqları üniversitetdə ödəyəcəkləri yüksək məbləğ
     - Üçüncüsü xaricdəki üniversitetlərin daha ixtisaslı tələbələrin yetişdirməsi
   - Dördüncüsü  bu bilgiləri gec əldə etdiyi (ingilis dili problemi) , əsgərlik üçün 18 yaş sərhəddi və ödəmə gücləri limitli olduğu üçün böyük ölçüdə məcburi olaraq yönəldikləri Türkiyə üniversitetləri və s.

Dördüncü səbəb ən önəmlisi olduğu üçün Türkiyəyə yönələn tələbələr başvuracaqları üniversitetdə konjentan sərhəddi ilə qarşılaşırlar.Türkiyəyə qəbul üçün

             - Birinci olaraq 2007-2015 Dövlət programı il
             - İkinci olaraq ÖSYM qoyduğu şərtlərlə ( YÖS SAT və beynəlxalq keçərliliyi olan)
             2012 ilinə qədər ÖSYM mərkəzli imtahan
             2012 ilinə qədər olan TCS
             2012 sonrası üniversitetlər mərkəzli YÖS imtahanı
              - Üçüncüsü isə atestatla 

    Yenə birinci olaraq, qəbul şərtləri çətin olan 2007-2015 dövlət programı içərisində Türkiyəyə 24 üniversitetlə limitlənib3.Üstəgəl 2016 dəyişikliyi ilə xaricə dövlət programında sosyal elmlər yox dərəcəsinə qədər endirilib.Analistlərimiz bu bölümlərdə ideolojiləşmə, həqiqətdən yönəlmə, təsir altına düşmə ilə analiz edirlər.İkinci olaraq (tanınırlığı üçün) ÖSYM mərkəzli olan imtahan 2010 ilində qaldırılıb.Öhdəliklər isə Türkiyədəki üniversitetlərə buraxılıb.Üçüncü olaraq bununla paralel olan yenə burslu qazana biləcəyimiz Türk Cumhuriyyətləri ilə Türk və Akraba Toplulukları (TCS) imtahanı 2012  ilində ləğv edildi.Yuxarıda göstərdiyim İngilis dili və 18 yaş sərhəddi problemi bunlarla birlikdə yenə Türkiyəyə yönəlməyə məcbur edir.Buna görə də bu qoyulan limitlər (24 üniversitet və s.) onsuzda kontenjan problemi ilə qarşılaşan tələbələri (ümumi olaraq hər bölümə 1-4 sayıda) başqa üniversitetlərə yönəlmələrinə səbəb olur.Yenə bu üniversitetlər  imtahanlarla qəbul sonrasında və ya xarici tələbə kontenjanı doldurmaq istədiyi üçün atestat ilə qəbul edirlər.
Türkiyədə 160’ın üzərində üniversitet var və bu  üniversitet kontenjan sərhəddi problemi tələbələrin daha düşük prestijli üniversitetləri seçməsinə səbəb olur.Bəs parlamentdə nə deyirlər

     - Oqtay Əsədov: Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır”.

     - Sabir Rüstəmxanlı: Bu da bir reallıqdır ki, 17-18 yaşlı gənclər gedib, orada xarici təsir altına düşürlər. Azərbaycana qayıdanda psioxoloji cəhətdən dəyişilmiş olurlar. Onların Vətənlə, Azərbaycanla bağlılığı itir. Bu dəyişiklik bir sıra hallarda müsbət, eyni zamanda mənfi olur. Orada dini və bir sıra başqa qrupların təsiri altına düşürlər. Xaricdə təhsil məsələsi çox ciddi şəkildə nizamlanmalıdır. Oqtay müəllimin fikri işin ziyanına yox, xeyrinədir”.

     - Musa Qasımlı:  “Biz bir məsələni təhlil etməliyik ki, dövlət büdcəsindən xaricə təhsil almaq üçün göndərilənlərin neçə faizi ölkəmizə dönür. Xaricə gedən gənclərə fərqli münasibət bəslənir və geri döndükdə isə bir qismi dövlətə münasibətdə tamamilə fərqli mövqe tuturlar. Bir tələbənin xaricdə təhsil alması üçün xərclənən vəsaitlə bir pofessoru öz universitetlərimizdən birinə dəvət edə bilərik. Bununla da bir professordan yüzlərlə tələbə yararlanar. Bu gün əgər Azərbaycan ordusu 5 min gənci öz sıralarına qəbul etmirsə, bu vətənimizin müdafiəsinə mənfi təsir edir...''

İndi isə parlamentdə millətvəkilləri tələbələrin haqqları olan üniversitetə qəbul ilə (Türkiyə, Ukrayna və s.) bu haqqlarını sərhədləməyə çalışırlar.Dövlət programında ayrı seçkilik edilərək sosyal bilimlərin çıxardılması,Oqtay Əsədovun dediyi xaricdə təhsilin sərhədlənməsi yenə millətvəkili Sabir Rüstəmxanlının,  Musa Qasımlı ve onlar kimi düşüncədə olan millətvəkilləri  məntiqi əsası olmayan, paranormal açıqlamaları4 onsuzda ölkədə problemli olan demokratiya və qəbul edilmiş haqqları daha da pis vəziyyətə gətirir.Üstəgəl bu açıqlamaları ilə şəxsi həyata müdaxilə edirlər. 


      Qanun qəbul edilərsə böyük ehtimalla Türkiyədəki bu 160 üniversiteti də limitləyəcək.Və yenə qabul ediləcək qanuna görü müəyyən üniversitetə qəbul ola bilməyənlər əsgərlikdən yayına bilməyəcək. Təməldə əsgərlik yaşının 18 olması və uzadıla bilməyən təhsil  - ölkəyə əsaslı problemlərlə gətirməsinə baxmayaraq -  atəşkəs şəraitində yaşanmasına bağlanılır. Bunu qəbul etmək lazımdır ki, sərhədimiz olan dövlətlərdən Rusya İran və Türkiyədən çox zəifik.Üstəgəl Ermənistanın Rusya ilə olan hərbi anlaşması – ona müharibə ediləcək olana savaş açmaq-  ilə mübarizəni ancaq təhsil və rəfah ilə apara bilərik.Ancaq gerçəkdən ölkənin gələcəyi üçün narahat olanlar anlamalıdırlar ki, dövlətin qoyduğu bu sərhədlərlə öz pulları ilə üniversitet oxuyanlar əsgərliklə qarşısı alındığında magistr və s. qazanma təhsil həyatından qopduğu üçün daha da çətinləşir.Gətirilə biləcək olan qanunla da işləri daha da çətinləşdirmək həm antidemokratiktir və həm də demək olar ki inkişaf üçün problem olacaq


Mənbə

Xaricdə Təhsil alan tələbələrə əsgərkikdən möhlət hüququ , L,ent.az http://news.lent.az/news/204190
2. Yös, TCS Ve YÇS ile ilgili merak edilenler , Metropol Kurumları http://bit.ly/1LUgjEE
3. 24 Ünivesitet limiti  Xaricde Təhsil http://bit.ly/1PVlXg0

Deputatlardan  spikerden xaricde telebelerle bağlı fikrine reaksiya  http://bit.ly/1HCUjL7

Hiç yorum yok:

Yorum Gönder